Amerika Birləşmiş Ştatlarının New York əyalətində “kofe evləri” və tez-tez yağışı ilə tanınan “Seattle”dəki bu küçənin hekayəsi 90-cı illərə qədər gedib çıxır. Teatra bilet almaq üçün növbədə dayanan insanlar bu küçənin turistlər üçün cəlbedici məkana çevrilməsinə səbəb olublar: Post Alley küçəsindəki teatr üçün bilet almaq istəyən insanlar uzun bir növbədə dayanmalı idilər. Dəqiqələrin ötüb keçməsini gözləyərkən, saqqız çeynəyən insanlar bir müddət sonra saqqızlarını atmaq ehtiyacı duyurlar və onları divara yapışdırırlar. Beləliklə, istəmədən yeni bir ənənə yaratmış olurlar.
Rəngarəng küçədə minlərlə insanın əməyi var: Divardaki saqqızları görən insanlar, bu küçədən keçərkən çeynədikləri saqqızı yapışdıraraq “əl işini” daha da genişləndirirlər.
1998-ci ildən həmin küçəyə turistlər axın etməyə başlayır və Seantville-ə gələn heç kəs Post Alley-də şəkil çəkdirməmiş əyalətdən ayrılmır.
Bələdiyə küçəni dəfələrlə təmizləməyə çalışıb, lakin… Bələdiyə divarları çox güclü buxar aparatlarından istifadə edərək təmizləməyə çalışsa da, bu xalqın daha çox reaksiya verməsinə səbəb olub. Minlərlə insan birləşib etiraz edərək, yenidən bu “əl işini” bərpa etdilər.
Sizcə də gözəl görünmürmü? Bizim lazımsız, tullantı hesab etdiyimiz şeylər, böyük incəsənətə çevrilə bilər. Sadəcə yaradıcılığın limitlərini bir az aşmaq lazımdır…
Hümmətova Amilə