Orqanizmin istənməyən davranışlarının qarşısını almaq və yaxud azaltmaq üçün istifadə olunan bir metodlar toplusudur. Cəzalandırılan şəxsdə qorxu meydana çıxır. Lakin bir məqam var ki, davamlı olaraq cəzalandırlan şəxslər şiddətə, davaya daha meyilli olur. Bəs psixologiyada cəzaya necə yanaşılır?

 

Cəzanın 2 növü ayırd edilir:

*İstənməyən şəxsi, fərdi davranışların qarşısını almaq üçün verilən cəza tipi. Məsələn: Ev tapşırığını etməyən şagirdi, müəllimin acılaması kimi.

*Şəxsin etdiyi yanlış davranış nəticəsi olaraq onun bəyəndiyi əyləncəsinə və s. başqa bir şeyə əngəl olunması. Məsələn: Ev tapşırığını oxumayan uşağa, ana tərəfindən həyətə düşməmək qadağası gəlir.

Cəzalandırmaq əvəzinə alternativləri dəyərləndir

Cəza Nədir? Cəzanın Növləri

Cəzanın alternativləri

Amerikalı psixoloq Skinnerin cəza üçün bir neçə alternativ istiqamətləri var.

Time out (Ara vermə)

Şəxs səhv davranışı sərgilədiyi üçün həmin yerdən, situasiyadan uzaqlaşdırılır. Bu zaman məqsəd şəxsi cəzalandırmaq deyil, onun tək qalması və etdiyi hərəkət haqqında düşünməsdir.

 

Məkan dəyişdirmə

Bu zaman tamamilə həmin məkandan uzaqlaşır və dəyişir.

 

Görməzdən gəlmə

Ən yaxşı və çox təsir edən istiqamət demək olar ki, budur. Sevilməyən, xoşa gəlməyən davranış görməzdən gəlinir. Nəticədə istənən davranış ortaya çıxır. Beləliklə şəxsi istənən və istənməyən davranışı öyrənmiş olur.

Bezdirmə

Şəxs sevilməyən, düzgün olmayan hərəkəti bezənə yorulana qədər təkrar edir.

Onuda qeyd etmək lazımdır ki, cəza veriləndə gülərək vermək olmaz. Daha dəqiq, tutarlı şəkildə, həmçinin şiddət olmamalıdır.

Psixoloq Bəşirli Xanım