Livanın paytaxtı Beyrut  şəhərində  dünən saat  18:00 radələrində partlayış  baş  verib. Beyrutda baş verən partlayış qonşu Kipr adasından 240 kilometr uzaqlıqda və ya təxminən 150 mil uzaqlıqda hiss edilib. Partlayış nəticəsində  göbələk  buludu şəhərin səma xəttinin üstünə qalxıb. Məlum oldu ki, partlayışa 2750 ton  ammonium nitrat  səbəb olub. Partlayışın  meydana gəldiyi  deponun 6 ildir  orada olduğu və  təhlükəsizlik tədbirlərinin heç də kifayət  qədər olmadığı meydana çıxdı.

Beyrutdakı partlayış

Beyrut Dağıntılar Altında Qaldı

Türkiyənin  Sənaye və Texnologiya naziri Mustafa  Varank  tvitter  hesabında bu maddənin 6  il bundan  öncə İstanbul boğazından  keçərək Beyruta aparıldığı barədə post paylaşıb.

Partlayış  nəticəsində  minlərlə insan evsiz qaldı

beyrutdakı fəlakət

Evsiz Qalan İnsanlar Bölgəni Tərk Edir

Partlayış  nəticəsində hökumət  binası  zərər  görüb, ölən  yoxdur.  Eyni zamanda  Rusiya  səfirliyi , Qazaxıstan səfirliyinin binası  də zərər  görmüş  binalar içərisindədir. Hazırda   verilən  son məlumatlara  görə partlayış  nəticəsində 100 dən çox  insan ölüb, 4000 dən çox  insan  isə  yaralıdır, 100- dən çox  insan  isə  itkin  düşüb,  onları axtarış  tədbirləri  davam  etdirilir. Livanda 3 günlük matəm  elan  edildi.

Partlayışdan  öncə Livanda vəziyyət  necə  idi?

Livan 2019- cu  ilin sonundan  etibarən  dərin bir  böhran keçirirdi. Koronavirus pandemiyasının başlanması  ilə ölkədə sağlamlıq  böhranı başladı. İyul  ayının əvvələrində ölkənin qıtlıq  qiymətləri 56 % artıb. Birləşmiş Millətlər Təşkilatının yaydığı hesabata görə, aprel ayının sonundan ölkədə əhalinin yarısı qida əldə etməkdə çətinlik çəkir. Təxminən 6 milyon əhalisi olan Livanda oktyabr ayından bəri iş yerlərini itirənlərin sayı 300 mini keçdi.  Dünya Bankının məlumatına görə, tezliklə əhalinin 75 faizi yoxsulluq həddində yaşayacaqdır.

Partlayış şəhərə nə  qədər ziyan vurdu?

beyrut xarabalıq altında qaldı

Partlayış Səbəbindən Beyrut Şəhərinin Hazırki Halı

Beyrut  şəhər meri Marvan Aboud partlayış  nəticəsində şəhərə 3 – 5 milyard  dollar məbləğində ziyan dəydiyini  açıqlayıb. Eyni  zamanda  evsiz qalanların  sayı 250-300 000 arasındadır.

Livanın prezidenti Mişel Aoun 66 milyon  dolar həcmində təcili yardım fondu aktivləşdirəcəyini  açıqlayıb.

Türkiyə , Azərbaycan ,İngiltərə , Fransa və  bir  çox ölkələr  Livan  dövlətinə  yardım ediləcəyini  açıqladı.

“ The Economics ” qəzetinin örtük şəkli nəyə işarə  idi ?

ekonomist jurnaslı

Qəzetin Üz Qabığındakı Şəkil Nəyə İşarədi

Bir  müddət  əvvəl  “ The  Economist ”  qəzeti gələcək  illərdə   dünyanı  gözləyən  təhlükələri göstərən örtük  şəkli hazırlayıb . Həmin şəkildə  koronavirusla gəzən insanların qaz maskası  taxması və Beyrutdakı partlayışla əlaqəli şəklin olması şübhə yaradır. Şəkildə “The  next  catastrophe” (Növbəti fəlakət), “ How to survive it” (Necə  sağ qalmaq olar) ifadələri yer alıb.  Şəklin sağ  tərəfindəki  partlayış təsviri Beyrut  partlayışını xatırladır.

“The Simpsons” cizgi filmində də Livan partlayışı öncədən görünüb?

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışa oxşar “The Simpsons” cizgi filminin köhnə epizodlarında yayımlandığı kadrlar üzə çıxıb. Hadisədən sonra simsonlar cizgi filmindəki həmin epizod sosial mediada ən çox paylaşılan görüntülərdən biri olub. Qeyd edək ki, “The Simpsons” cizgi filmi sunami, Donald Trampın prezident seçilməsi, 11 sentyabr əkiz qüllələrin hücumu, Çindən dünyaya ötürülən koronavirus və Kobe Bryantın ölümünü seriallarında əvvəlcədən qeyd etmişdi.

 

 

Beyrut  şəhərinin  partlayışdan  əvvəl  və  sonrakı  görüntülərini  təqdim edirik .

PartlAYIŞDAN ÖNCƏ

Beyrut Şəhəri Partlayışdan Əvvəl

 Beyrut şəhərinin partlayışdan əvvəl və sonrakı görüntülərini təqdim edirik .

Partlayışdan Sonra Beyrut Şəhəri

 

 

Gülər Seymurqızı

Gülayə Məcid