“Tarix ən məşhur qaliblərin belə triumfa çatmazdan əvvəl dözülməz çətinliklərlə üzləşdiyini göstərir. Onlar məğlub olmaqdan imtina etdikləri üçün qalib gəlirlər”, – Bertie Çarles Forbes.
Bu gün “Forbes” jurnalı ən çox oxunan və tanınan jurnallardan biridir. O, dünyanın bir çox ölkəsində nəşr olunur. Dünyanın ən varlı insanları, nüfuzlu şəxsiyyətlərin inanılmaz yüksəlişləri və uğurlu karyera hekayələri haqqında məhz bu jurnaldan öyrənirik. Çoxları üçün bu jurnal bələdçi rolunu oynayır, lakin onun yaradıcısını tanıyanların sayı olduqca azdır.
“Fürsət nadir hallarda qapımızı döyür. Əgər güclü addım atmaq istəyirsinizsə siz, fürsətin qapısını döyün “.
“Forbes”in yaradıcısı kimdir?
“Forbes”in qurucusu Bertie Çarles Forbes olub. O, 14 may 1980-cı ildə Nyu Dir (Şotlandiya) şəhərində anadan olub. Ümumilikdə, onlar ailədə altı uşaq idilər, atası dərzi olduğuna görə Bertie olduqca erkən – 14 yaşında işə başladı. Bunun üçün o, məktəbi tərk edir və atası ilə birlikdə işləməyə başlayır. Düzü, Bertienin xəyal etdiyi iş bu deyildi. Kiçik yaşlarından o, yazıçı olmaq istəmişdi. Atası ilə işlədiyi müddətdə qazandığı pul çox az olub – 7 iş günündə cəmi 75 sent.
Bir neçə il sonra, həyat Bertie Forbes üçün sürpriz hazırladı: o, yerli qəzetdə jurnalist kimi fəaliyyətə başlayır. 1904-cü ildə Bertie Şotlandiyadan ayrılır və Cənubi Afrikaya yollanaraq, növbəti illərdə ABŞ-a köçür. Amerika onu, necə deyərlər, “qucaq açıb” qarşıladı. Bir qədər sonra Bertie Forbes “New York American”da işə başlayır. Həmin dövrdə Forbes maliyyə jurnalisti vəzifəsinə təyin edilir və uşaqlıq arzusunu demək olar ki, gerçəkləşdirmiş olur. 1917-ci ildə Forbes ilk olaraq “Doers& Doings” adlı jurnal yaratmaq istəyirdi (ingilis dilindən tərcümədə “İşlər və onların icraediciləri”). Lakin bu ad tarixə düşmədi və jurnal qurucunun şərəfinə “Forbes” adlandırıldı. Bir il sonra, 1918-ci ildə Forbes jurnalı 30 ən varlı amerikalı siyahısını nəşr etdi. Bu siyahının lideri sərvəti 1,2 (o vaxt üçün böyük pul idi) milyard dollardan çox olan John Rockefeller olub.
Yarandığı tarixdən 10 il sonra jurnalın 10 milyon dollar dəyərində qiymətləndirilməsinə baxmayaraq, “Forbes”i saxlamaq Bertie üçün asan deyildi. Buna “Business Week” və “Fortune” kimi böyük rəqiblər və ABŞ-dakı böyük depressiya təsir etdi. Jurnalın təsisçisi sağ olduğu dövrdə tiraj 100 nüsxədən çox olmurdu, Bertie dəfələrlə jurnalını satmaq təklifini alıb. Belə təkliflərdən birini 1928-ci ildə Uilliam Hurst irəli sürmüb, biznesmen Bernieyə 10 milyon dollar təklif etdi. Bütün çətinliklərə baxmayaraq, Forbes “Amerikanın yeganə müstəqil jurnalını qoruyub saxlamaq” istədiyini söyləyərək, təklifdən imtina etdi.
1947-ci ildə Çarlez Forbes dünyasını dəyişdi və jurnal onun oğlu Malkolm Stevenson Forbesin əlinə keçdi. 20-ci əsrin sonlarında “Forbes” jurnalı ABŞ-ın işgüzar nəşrlərinin liderinə çevrilir. Daha sonra biznesin başında Bertie Forbesin nəvəsi – Steve Forbes durmağa başlayır. Onun sayəsində Forbes jurnalının tirajı 900 minədək artaraq, “Business Week”və “Fortune” nəşrlərini geridə qoydu. Bu gün jurnal Rusiya, Aİ ölkələrində, Çin, Qazaxıstan, Ukrayna və Gürcüstan kimi ölkələrdə yayımlanır. “Forbes” jurnalının ümumi auditoriyası 5 milyon nəfərdən çoxdur.
“Əgər iş vaxtınızın daha sürətli keçməsi üçün nə edə biləcəyiniz haqqında düşünürsünüzsə, tərəddüd etmədən iş yerinizi dəyişin. Sevdiyiniz işi bacardığınız qədər yaxşı edin ki, sonda həqiqi uğur əldə edə biləsiniz”, – Bernie Forbes.
Gülayə Mecid