Qədim zamanlardan günümüzə Palçıqla müalicə üsulundan istifadə olunub. Hətta Böyük Vətən Müharibəsi illərində SSRİ-də istifadə olunan torf palçıq növündən yaralı əsgərlərin sağalması üçün istifadə edilib. Palçıqla müalicənin ən qədim forması “Misir üsulu” dur. Bu üsulda palçıq bədənə yaxılır, sonra günəşin altında bədən qızdırılıdı. Bundan başqa təbii üsullarla qazılan çuxurlardakı göllərin sahilində palçıq vannalar qəbul olunurdu.
Palçıqla müalicə həkim tərəfindən təyin olunur. Həkim məsləhəti olmadan bu müalicə üsuluna əl atsanız bu zaman mənfi təsirlərə məruz qala bilərsiniz.
Müalicə palçıqları lil sulfid, sapropel, torf və vulkan palçıqlarına ayrılır.
Palçıqlara müalicə əhəmiyyəti verən fiziki xassələri:
- plastikliyi və yapışqanlığı: Palçığın plastiklik xassəsi onun bədənə daha yaxşı yapışmasına kömək edir.
- istilik tutumunun çox , istiliyi keçirmənin az olması: Palçıq istiliyi çox saxlamalıdır və gec soyumalıdır. Prosedura zamanı bu önəmlidir.
Palçıq proseduralarının təsir xüsusiyyətləri
Müalicə prosedurasından əvvəl lazım olan temperaturda qızdırılır. Onun isinmə dərəcəsini həkim təyin edir. Palçıq bədənə qoyulduğu ilk andan xəstə istiliyi duyur, tezliklə buna palçığın kimyəvi tərkibi və mexaniki amillərin təsiri də qoşulur. Palçığın istiliyi verməsi onun istilik tutumundan və istilikkeçirmə qabiliyyətinin azlığının asılıdır. Bu keyfiyyətlər istiliyin xəstənin bədəninə yavaş- yavaş keçməsinə şərait yaradır. Temperatur 42 -44 dərəcə olduqda xəstə buna dözə bilir. Temperaturun təsirindən dərinin damarları genişlənir, həmin yerdə qan dövranı fəallaşır. Dəridəki səthi damarların genişlənməsi bəzi maddələrin, habelə palçıqda olan mikroelementlərin sorulmasına şərait yaradır. Öz növbəsində dərinin keçiricilik dərəcəsi palçığın temperaturundan düz asılılığa malikdir, bu da qan dövranını yaxşılaşdırır.
Müəyyən edilmişdir ki, qələvi palçıqlar böyrəküstü vəzilərin fəaliyyətinə stimulə edir, turş palçıqlar isə tormozlayır.
Palçığın yüksək temperaturda olması birbaşa mərkəzi sinir sistemində oyanma və ardınca tormozlama xəstəyə mənfi təsir göstərə bilər. Xəstə yorğunluq , halsızlıq, şiddətli ağrılar hiss edəcək və çox tərləmə əmələ gələcək. Buna görə də 42- 45 dərəcəyə malik plaçıqlardan istifadə etmək məsləhət görülmür.
Müxtəlif xəstəliklər zamanı palçıqla müalicə: mərkəzi və periferik sinir sistemi xəstəliklərinin müalicəsi ,mədə bağırsaq traktının xəstəlikləri, uşaqlıq yolunun müalicəsində , dayaq- hərəkətaparatı xəstəliklərinin müalicəsində, eyni zamanda dəri ,qulaq , boğaz və burun xəstəliklərinin müalicəsində , kişi cinsiyyət orqanlarının xəstəliklərində palçıqla müalicə üsul aparıla bilər.
Əks göstərişlər: qızdırmalı hal, kəskin iltibah prosesləri ,vərəm xəstəliklərinin bütün formaları, təkrar qan axmalara meyl edən xəstəliklər , qan xəstəlikləri , orqanizmin üzülməsi, kəskin və yoluxdurucu mərhələdə olan zöhrəvi xəstəliklər.
Palçıqla müalicə alan xəstələrə məsləhətlər:
- Xəstə həkimin verdiyi göstərişlərə riayət etməli, temperatur və prosedura verilən müddəti özbaşına dəyişməməlidir
- Xəstə proseduradan qabaq tərləməməli, yüngül səhər yeməyi yeməli və dincəlməlidir.
- Palçıq proseduru günortadan sonra , ağır işdən və doyumlu yeməkdən sonra qəbul edilməməlidir
- Əgər xəstə prosedura zamanı halsızlıq, yüksək ürək döyüntüsü , zəiflik hiss edərsə tibb işçilərinə müraciət etməli və prosedura dayandırılmalıdır. Buna otaqdakı boğanaq hava və hava rütubətinin çoxluğu səbəb ola bilər
- Prosedura bitdikdən sonra tibb işçilərinin köməyi ilə palçıqbədəndəntəmizlənməli və ilıq su altında sabunsuz duş qəbul edilməlidir
- Poseduradan sonra 30 -60 dəqiqə istirahət etməlidir
- Prosedura zamanı tərləmənin olması prosesi dayandırmağa əsas vermir
Gülər Seymurqızı