Heç bir yerə dəymədən və ya kiçik travmalar nəticəsində bədəndə göyərmələr yaranır. Bu isə ciddi xəstəliklərdən xəbər verə bilər. Bəs bu göyərmələrin səbəbi nədir?
İnsanlar arasında dəridə yaranan göyərmə kimi qəbul edilən bu vəziyyət çox da nəzərə alınmır. Lakin əvvəlcə ayaqlarda özünü göstərən bu göyərmələr, yaşa bağlı olaraq, bədənimizin müxtəlif hissələrində də yarana bilir. Onların qarşısını necə almaq olar?
Göyərmə – hər hansı bir səbəbdən dəri altındakı kapilyarların zədələnməsi və dəri altındakı qan sızmasıdır. Əksər ayaq göyərməsi, çox da təhlükəli olmadığı halda bir qisim insanlarda ciddi xəstəliyin göstəricisi ola bilər.
Göyərmələrin yaranma səbəbləri
Ayaqda yaranan göyərmələrin ən çox rast gəlinən səbəbi, fiziki fəaliyyət və ya qəza nəticəsində yaranan göyərmələrdir. Harasa dəymək, vurmaq, yıxılmaq kimi vəziyyətlərdə görülən göyərmələr damardakı qan, toxuma və ya əzələ zədələnməsi səbəbindən yarana bilər.
Yaş ilə əlaqədar yaranan göyərmələrin səbəbi günəşlə bağlıdır. Xüsusilə, yaşlı xəstələrdə günəş şüaları dərinin altına nüfuz edir və buradakı damarlara ziyan vurur, bu da göyərməyə səbəb olur. Qocalıq müddətində əvvəllər mövcud olmayan xəstəliyin simptomları ilə damar divarının və ətrafının pozulması göyərmələrə səbəb ola bilər.
Digər bir səbəb kimi dərmanları göstərmək olar. İstifadə olunan dərmanlar, laxtalanmanı təmin edən qan komponentlərinə təsir edə bilər və bu da qanın damardan sızmasına gətirib çıxarır. Xüsusilə ağrıkəsicilər və doğuşa nəzarət həbləri bədəndə göyərmə yarada bilər.
Vitamin çatışmazlığı səbəbindən də göyərmələr yarana bilir. Xüsusilə B12, C, K və B9 çatışmazlığında qol və ayaqlarda göyərmələr əmələ gəlir.
Bədəndə, xüsusən də orqanlarda dəstəkləyici toxuma olan yağ təbəqəsinin azalması ilə damarlarda asanlıqla qanaxma meydana gələ bilər. Həssas damarlar, xüsusən də, dəstəkləyici toxumaların zədələnməsi ilə tez arıqlayan və arıq insanlarda göyərməyə səbəb olur.
Başqa bir səbəb qan xəstəlikləridir. Göyərmələr qan xərçəngi, Hemofiliya A və Hemofiliya B kimi xəstəliklərin xəbərçisi ola bilər.
Göyərmə ilə bağlı şikayətiniz varsa, dərhal həkimə müraciət etməlisiniz. Onlar sizdən qan analizi ilə yanaşı başqa analizlər də ala bilər və ya fərqli şöbələrdəki həkimlərə yönləndirə bilərlər.
Nə vaxt tədbir görməli?
Bilgisel.az təqdim edir:
-Öz-özünə yaranırsa,
-Sayı birdən çoxdursa,
-Ağrısız olmasına baxmayaraq təkrarlanırsa,
-Diş əti, burun və cinsiyyət orqanında qanaxma varsa,
-Qızdırma və halsızlıq varsa,
-Kiçik travma ilə çox böyük göyərmələr meydana gəlirsə artıq ciddi yanaşılmalıdır.