Türkiyənin xəbər aparıcısı Ece Üner’in erməni əsilli Kim Kardaşyanın ünvanına efir vasitəsilə dediyi sözlər sosial medyanın gündəmindən düşmür.

Məsələ ilə bağlı, “Yaprak dökümü” serialında Ferhunde obrazıyla tanınan aktrisa Deniz Çakır da fikir bildirib. O, Ece Ünerin bu çıxışının efirə uyğun olmadığını söyləyərək, “İnstaqram” sosial şəbəkəsində tənqid edib.

Ece Üner, Deniz Çakır, Kim Kardashian, Türkiye

Deniz Çakırın İnstaqramdakı paylaşımı

Deniz Çakırın bu paylaşımı ilə bağlı müğənni Yaşar İpek də öz şərhini bildirib: “Vallah inanılası olmayan tək şey sənin zaman-zaman ağzından çıxanı qulağının eşitməməsidir, Dəniz Çakır. İyrənc ayaqları və döşləri ilə məşhurlaşan Kim Kardaşyandan sənə nə!!!!! Əyləş, sənə 0!!!! Sabah müharibəyə getsək, “bizə nə?” deyəcəyinə əminəm. Amma elə deyil axı. Bu gün mənə, sabah sənə Dəniz. Dünya 1 gün o da bu gün!!!!! Xocalı soyqırımını aç oxu. Dünən ağlaya-ağlaya oxudum, dinlədim. Bunları müdafiə edən insana nə deyim? Biz Türkük, qanımıza dəydilərmi, nə yer nə də zaman bilərik”.

Ece Üner, Deniz Çakır, Kim Kardashian

Yaşar İpekin yazdığı şərh

Sosial şəbəkə istifadəçilərinin bir çoxu Ece Ünerin fikirlərini alqışlasa da, bir qismi də Deniz Çakırın bu paylaşımı ilə qadınlara dəstək olduğunu söyləyib.

Xatırladaq ki, Deniz Çakır 1 il öncə restoranların birində yan masada əyləşən 2 hicablı qadına “Bura Ərəbistandı? Nə işiniz var burda?” deyərək, söz atmışdı.

 

Mübariz Zəki