“Sənə daha bir məna yüklədik, səni rəmz seçdik, bütün şəhidlərimizin ətrini sənə həvalə etdik, xarıbülbül. İndi sənə baxanda deyil yalnız Şuşanı, Qarabağı, 30 ilə yaxın hicranımızı, həm də ölməzliyə qovuşan, səni də, bizi də ağ günə çıxaran şəhid qardaşlarımızı görəcəyik, ey gül. Bundan belə sənin bağrında 2783 vətən oğlunun ürəyi “döyünür”, ruhu gülümsəyir. Bundan belə 1245 qazimizin yaraları səninlə örtülür. Təzə şəklin nə əziz görünür…?!

Yeni şərəfin, yüksəkliyin, dəyərin mübarək, xarıbülbül!”

Bu sözləri məşhur və sevilən televiziya aparıcısı Azər Süleymanlı öz İnstaqram səhifəsindəki paylaşımında qeyd edib.

Bilgisel.az həmin paylaşımı sizə təqdim edir.

Qeyd edək ki, 4 dekabr saat 12:00 tarixində ölkə üzrə Şəhidlərimizi 1 dəqiqəlik sükutla yad edəcəyik. Anım gününün ikonası isə “Xarı Bülbül”dür.

 

Mübariz Zəki