Arıqlamaq istəyirsiniz, ancaq hər şeyi doğru etdiyinizi düşünsəniz də, çəki ata bilmirsiniz? Səbəbi arıqlama müddətində etdiyiniz bu yanlışlar ola bilər.
Türkiyəli dietoloq Gözde Karaca çəki atmaq prosesi zamanı edilən səhvlərə toxunub:
– Uzun müddət ac qalmaqla sürətli çəki atmağa çalışmaq həm çətin olar, həm də kilonun yağdan itirilməsinə mane ola bilər. Yeməkdən sonra aktivləşən maddələr mübadiləsi uzun müddət ac qalmağa başlayanda yavaşlayır. Bu çox vaxt ac qalmaqdan çəkinmək lazımdır.
– Ara öyünlərin ötürülməsi yeməyə çox ac bir şəkildə gəlməyə səbəb olur və porsiyanın idarə edilməsini çətinləşdirir. Balanslı və yetərli şəkildə edilən qəlyənaltı əsas yeməyə tox gəlməyə səbəb olur və porsiyanı düzgün idarə etməyə kömək olur. Uzun aclıqdan sonra yemək isə qan şəkərində ani dalğalanmalar yaşanması səbəbindən daha sürətli aclıq yaradar. Bu səbəbdən az, ancaq tez-tez qidalanmaq çəki atma müddətində faydalı olacaq.
– Sadəcə arıqlama müddəti üçün deyil, orqanların funksiyalarını düzgün bir şəkildə yerinə yetirə bilməsi üçün də gündə ən az 2-2.5 litr su içmək lazımdır. Bu ölçüyə əlavə olaraq içilən bir fincan çay-qəhvəyə uyğun şəkildə də əlavə bir fincan su içilməlidir. Yetərli miqdarda su içilməyəndə orqanlar funksiyalarını yerinə yetirməkdə çətinlik çəkir, çəki atmaq müddəti də yavaşlayır və qəbizlik kimi bir çox problemə səbəb olur.
– Eyni zamanda aclıq və susuzluq əlamətləri bənzər olduğu üçün bəzən qarışdırıla bilir. Bu kimi hallarda bir stəkan su içib gerçəkdən acıb-acmadığını müəyyən edərək gərəksiz qida qəbul edilməsinin qarşısı alına bilər.
– Arıqlama prosesində edilən ən çox yayılmış səhvlərdən biri pəhriz və ya yüngül məhsulların kalorisiz olduğunu düşünərək onları həddindən çox yeməkdir. Bu məhsullar yalnız sağlam alternativlər və ya bir qədər yağ azaldılmış alternativlər kimi təklif olunur. Bu səbəbdən də kalorisiz hesab edib həddindən artıq qəbul etmək olmaz.