Laçın şəhəri, Zabux və Sus kəndləri avqustun 26-da Azərbaycanın nəzarətinə keçəndən dərhal sonra dərhal bu ərazilərdə quruculuq işlərinə başlanılıb.

“AzəEnerji” ASC tərəfindən Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb, əraziyə transformatorlar, lazımı avadanlıq və texnika gətirilərək cəmi 4 sutka ərzində sürətlə iş aparılaraq ölkə enerji sistemi ilə əlaqələnmiş sistem şəbəkəsi yaradılıb.

Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığı yandırılıb.