Metro və marşrut avtobuslarında gediş haqqı bahalaşıb. Belə ki, Tarif Şurasının bu gün keçirilən son iclasında cari qiymətlərin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Nəticədə daşıyıcı şirkətlərin müraciətlərinə baxılaraq və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Beləliklə, qiymətlər 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat şəklində müəyyənləşdirilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsinə yüksəldilib. Qeyd edək ki, əvvəlki tarif 2.4 qəpik təşkil edirdi.
Qiymətlərlə bağlı ümumi xülasə: