ABŞ Yaxın Şərqə nüvə başlıqlı raket daşıyan sualtı gəlimə göndərib. Bu gəmi 154 raket daşımaq imkanına malikdir.
Bu barədə ABŞ-nin Hərbi Dəniz Donanması məlumat verib. Nəzərə çatdırılıb ki, regionda təhlükəsizliyin və sabitliyin təmin olunması üçün sualtı gəmi Yaxın Şərqə göndərilib. Gəmi aprelin 8-də Süveyş kanalını keçib və ehtimal ki, Fars körfəzinə doğru irəliləyir.
Agentliyin analitikləri bildiriblər ki, ABŞ hərbi gəmilərinin hərəkətı barədə çox nadir hallarda məlumat verir. Nüvə başlıqlı raket daşıyan sualtı gəminin hərəkəti barədə məlumat isə təsadüfən verilməyib. Rəsmi Vaşinqtonla Tehran arasında davam edən gərginlik ABŞ-ni regiona hərbi gəmi göndərməyə vadar edib.