Apple şirkəti bəzi iPhone modellərini satışdan birdəfəlik yığışdırmaqla bağlı qərar qəbul edib.
Şirkət iPhone 14 modelinin satışından sonra bu qərara gəlib. Bu ilin sentyabr ayında iPhone 15 modelinin təqdimatı gözlənilir. Yeni modelin təqdimatından sonra bəzi köhnə modellərin yığışdırılacağı gözlənilir.
Məlumata görə, iPhone 15-in təqdimatından sonra satışdan birdəfəlik çıxarılacağı gözlənilən Apple modellərinin iPhone 12, 14 Pro, 14 Pro Max və 13 mini olduğu bildirilib. Səbəb kimi isə şirkətin hər üç ildən bir köhnə modelləri növbəli halda satışdan yığışdırmaq qaydasının olmasıdır.