Məşhur şair Aqşin Yeniseyin sevilən şeirlərindən 8 maraqlı bəndi sizə təqdim edirik:

 

 

Eşidirəsən həyat! O qədər balacasan ki, böyük adamlar darıxırlar səndə

Aqşin Yenisey şeirləri

Şeir

 

Şam kimi öz əzabımızda yuyunmuşuq biz!

Aqşin Yenisey şeirləri

Aqşin Yenisey

 

İlahi, bəndələrin yerdədir, sən göydə nə gəzirsən,
Gəl bir insan ömrünü yaşa görüm, dözürsən 

 

Dərd ağır, hava da pis
Ara vermir yağışlar
Sənə məktub yazıram
Yazıram ki,
Bağışla…

 

Yağış yağır çəkdirdiyin şəkildə
Hətta bir az külək əsir, sazaqlı
Sol yanında hüzünlü bir uzaq var

Şəkillərdə yaxşı düşür uzaqlıq

 

 

Döşlərindən başlayır ölməyə

qadın bədəni

Deməmişdilər ki,

Ən axırda qadının ayaqları ölür
birdən durub yerini verəsən
gözəl bir qadına
qadın otura və deyə:
– verin əllərinizi saxlayım…

 

Diktator olacaq cocuqları analar doğmurlar
diktator olacaq cocuqları qadınlar qusurlar
öz bətnlərindən