“Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi 01.02.2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Peşə təhsili alan gənclərin turizmdə sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verilməsi” adlı layihəyə start verib.
Layihə Qax və Zaqatala rayonlarında peşə təhsili müəssisələrində təhsil alan və hazırda məzun olan gənclərimizdən ibarət komandalar (10 komanda) təşkil olunacaq və onlara turizm sahəsində sahibkarlıq və biznes ideyalarının təhlil olunması üçün köməklik göstəriləcək. Uğurlu ideyalar seçilərək komandalar tərəfindən həyata keçiriləcəkdir.
Layihənin əsas məqsədi – peşə təhsili müəssisələrində təhsil alan və məzun olan gənclərimizə turizmdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və öz biznes layihələrini həyata keçirmək üçün biznesin təşkili və inkişafı sahəsində məlumatlandırma işini təşkil etmək, onların davamlı fəaliyyət üçün effektiv təcrübənin təşviq edilməsinə  yardım göstərməkdən ibarətdir.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində 100 gəncə turizm xidməti və sahibkarlığın müxtəlif sahələrinə dair maliyyə savadlılığı və biznes planlarının hazırlanması təlimləri keçiriləcək və uğurlu biznes planlar hazırlayanacaqdır. Layihə Qax və Zaqatala  rayonlarında peşə təhsili alan gənclərin iştirakı ilə həyata keçiriləcək.