Bugün, bütün dünya arıqladıcı “Sassi” suyundan danışır. Bu möcüzəvi su dünya dietoloqları tərəfindən ən çox təsirə malik içki kimi qəbul edilib və tövsiyə olunur.

Bir çox saytlarda “Sassi” suyunun reseptinə rast gələ bilərsiniz. Lakin hazırlanma və istifadə qaydalarında bəzi təhriflərə yol verilir.

Bilgisel.az bu kokteylin düzgün hazırlanma və qəbuletmə qaydalarını təqdim edir:

Tərkibi

• 2 litr su

• 12 ədəd nanə yarpağı

• 1 ədəd qabığı soyulub, nazik-nazik dilimlənmiş təzə xiyar

• 1 x/q sürtgəcdən keçirilmiş təzə zəncəfil kökü

• yarım limonun dilimləri

Hazırlanması

Sassi kokteyli

Sassi kokteyli

Sassi suyunu hazırlamaq üçün, istifadə edilən bütün ərzaqlar keyfiyyətli olmalıdır. Öncə soyulub, dilimlənmiş xiyar, limon, zəncəfil, nanə yarpaqları şüşə qaba tökülür. Üzərinə soyuq su əlavə edilib, 10-12 saatlıq soyuducuya qoyulur (yaxşı olar ki, su gecədən hazırlanıb, səhərədək soyuducuda saxlanılsın). Bu zaman ərzaqların tərkibindəki bütün mineral və vitaminlər suya keçir, və olduqca faydalı və dadlı kokteyl alınır.

İstifadəsi

Hazır Sassi suyunun istifadəsi iki mərhələyə bölünür. İlk mərhələdə hər gün 8 stəkan su içmək lazımdır. İkinci mərhələ 4 həftəni əhatə edir. Bu müddətdə gündəlik qidalanma sayı 4 dəfə olmalıdır. Şirniyyatdan və çox duzlu yeməklərdən uzaq durulmalıdır. Sassi suyunu isti yerdə saxlamaq lazımdır. 1 dəfəyə 1 stəkandan artıq su içməl olmaz. Eləcə də, gün ərzində 2 litrdən artıq içilərsə, böyrəklərdə ciddi problem yarada bilər. Gün ərzində Sassi suyunu ən son yatmazdan 1,5 saat öncə qəbul etmək məsləhətdir. Bu suyu içən müddətdə çay və qəhvəni qida rasionundan tamam çıxarmaq lazımdır. Sassi kokteylini mədə-bağırsaq xəstəlikləri və allergiyalı şəxslərin içməyi qadağandır. Belə ki, içkinin tərkib hissəsi olan sitrus meyvəsi və zəncəfil bu xəstəlikləri daha da şiddətləndirə bilər.

   Amilə Hümmətova