Assassin’s Creed-in maraqla gözlənilən yeni oyunu Assassin’s Creed Mirage bu il PC, PS4, PS5, Xbox One, Series X/S və Amazon Luna kimi bir çox platformada satışa çıxarılacaq. Bu gün GameStop işçisi olduğunu iddia edən Reddit istifadəçisi Assassin’s Creed Mirage-in buraxılış tarixi ilə bağlı inandırıcı görüntü paylaşıb. Assassin’s Creed Mirage-in buraxılış tarixi sızdı Paylaşılan fotoda Street Fighter 6, Diablo IV, Final Fantasy XVI, Pikmin 4, Hogwarts Legacy (Switch versiyası), Madden NFL 24, Armored Core VI kimi bəzi oyunların buraxılış tarixləri və marketinq məlumatları var. Ancaq təəccüblüdür ki, hələ çıxış tarixi açıqlanmayan Assassin’s Creed Mirage-nin də bu siyahıda yer aldığını görürük.

Sızmaya görə, maraqla gözlənilən istehsal 2023-cü ilin avqustunda oyunçularla görüşəcək. Yeni sızma Assassin’s Creed Mirage haqqında əvvəlki şayiələri də təsdiqləyir. Etibarlı sızıntıları ilə tanıdığımız jurnalist Tom Henderson 2022-ci ilin dekabrında etdiyi yazıda avqust ayına işarə edərək gecikmələrin ola biləcəyini söylədi.