Autizm termini bugünkü mənasında ilk dəfə 1938-ci ildə Vyana Universitet Xəstəxanasının mütəxəssisi Hans Asperger tərəfindən işlənib. O, uşaq psixologiyası ilə bağlı apardığı almanca bir dərsdə Bleulerin “autistik psixopatlar” terminologiyasını istifadə edib. Asperger, hazırda “Asperger sindromu” adlanan bir ASP növünü araşdırıb, ancaq bu sindrom müxtəlif səbəblərə görə 1981-ci ilə qədər ayrı bir diaqnoz olaraq tanınıb. 

Johns Hopkins Xəstəxanasından Leo Kanner isə 1943-cü ildə təəccüblü davranış bənzərlikləri göstərən 11 uşaq haqqında yazdığı hesabatında ilk olaraq “erkən infantil autism” terminini istifadə edib. Kannerin ilk məqaləsində bəhs olunan , xüsusilə,  “autistik yalnızlıq” və “dəyişməməkdə israr” kimi xüsusiyyətlərin az qala hamısı hələ autistik spektrum pozğunluqların tipik xüsusiyyətləri kimi bilinir. Kannerin termini Aspergerdən asılı olaraq istifadə edib, etmədiyi bəlli deyil.

Yaranma səbəbləri 

Buraya bir çox səbəblər daxildir. Onlardan irsi, doğuşdan sonrakı, doğuş zamanı, doğuş əvvəli, hamiləlik zamanı baş verən faktorları, uşaqlıqda edilən peyvəndləri qeyd etmək olar. 

Autizim spektr pozuntuları

Autizmli Uşaqlar

– Asperger sindromu 

– Rett sindromu

– Uşaqlıqda dezinteqrativ pozuntu 

– Atipik autizm

Əsas simptomları

Nitq və Ünsiyyətdə Pozğunluq Əlamətləri

Autizmin təzahür spektrləri çox genişdir, lakin əsas simptomları ümumidir.

– Sosial münasibətdə pozğunluq 

– Nitq və ünsiyyətdə pozğunluq 

-Təxəyyüldə pozğunluq

Autizimli uşaqların xüsusiyyətləri:

Passivlik Əlamətləri

– Başqalarına qarşı maraqsızlıq

– Göz təmasından qaçmaq

– Başqaları ilə ünsiyyət qurma zamanı problem 

– İstəklərini başqalarını əllərindən istifadə edib göstərmək  – Uzun müddət eyni mövzü, eyni hərəkətlər

– Səbəbsiz davranışlar ( ağlamaq, gülmək) 

– Predmentləri davamlı çevirir 

– Yaradıcı oyunlar oynamır 

– Ağrıya qarşı laqeydlik 

– Yüksək dərəcədə həssaslıq 

– Exolaliya (təkrarlama) 

– Ya çox aktiv, ya da çox passiv olmaq

Psixoloq Xanım Bəşirli