Azərbaycan Ermənistan sərhəddində vəziyyətin gərginləşməsindən sonra Türkiyə ilə gücləndirilən hərbi müttəfiqlik müsbət qarşılandı və bu iki tərəf üçün də vacib rol oyanyırdı. Hərbi təlimlər məqsədi ilə Azərbaycan gələn türk hərbiçilərin ardından Rusiya hərbi donanmasının Xəzər sahillərinə yan alması isə birmənalı qarşılanmayıb.
Politoloq Zaur Məmmədov son hadisələri belə şərh edib:

Zaur Məmmədov

Zaur Məmmədov

“Hal hazırda regionda çox ciddi geosiyasi proseslər baş verir. Əslində bütün bunlar gözlənilən idi. Çünki 100 il əvvəl olduğu kimi, indi də dünyanın siyasi xəritəsinin yenidən qurulması və ayrı-ayrı regionların dünya, regional güclər arasında bölüşdürülməsinə biz şahidik. Son illər biz Şərqi Avropa və Yaxın Şərqdə çox ciddi geosiyası proseslərin getdiyini gördük. Amerika, Rusiya,Fransa və digər güclərin real olaraq öz aralarında bölgü aparması davam edir. İndi növbə Cənubi Qafqaz və Mərkəzi Asiya regionundadır. Bildiyimiz kimi bu regionlar Rusiya və İrana yaxınlıqda yerləşir. Ona görə də, biz artan templə çox ciddi məsələ ilə üz-üzəyik. Məsələ burasındadır ki, Ermənistan da öz havadarlarının köməyi ilə Azərbaycana qarşı təxribat törədir. Uzun illərdir ki, Azərbaycan qonşu ölkələrə qarşı balanslı siyasət aparır və o dövlətlərin də ölkəmizin maraqlarını nəzərə alınması gözlənilirdi. Amma əfsuslar olsun ki, heç də bütün qonşu ölkələr Azərbaycanın maraqlarının nəzərə alınmasında həvəsli olmadıqlarını göstərdilər. Belə olan təqdirdə Azərbaycan Türkiyə hərbi siyasi birliyi və əməkdaşlığı aktuallıq təşkil etdi. Yaxın gələcəkdə isə biz bu istiqamətdə təbii ki, münasibətlərin inkişafını və dərinləşən əməkdaşlığın şahidi olacağıq. Azərbaycan və Türkiyə bütün hallarda birbirilərini dəstəkləyirlər və bu dəstək bundan sonra da davam edəcək. Düzdür, bəzi ölkələrin Ermənistana pulsuz olaraq silah göndərməsi və hərbi cəhətdən Ermənistanın dəstəkləmələri təəssüf doğurucudur. Amma həmin ölkələr başa düşməlidirlər ki, Ermənistanda elə Rusiyanın özünə və ruslara qarşı ciddi şəkildə kampaniya baş verməkdədir. 1980-ci illərin sonunda olduğu kimi, bu gün də Ermənistan Rusiyaya qarşı olan qərbin müəyyən təşkilatlarının, qruplarının mübarizəsində əsas rol oynayırlar. Və dünyəvi erməni diasporası,erməni kilsəsi əslində Rusiyada vəziyyətin qeyri sabit olması üçün əllərindən gələni öz qərbdəki həmkarları ilə edirlər. Amma Rusiyanın özündə də kifayət qədər erməni lobbisi var ki, biz son vaxtlar onların yenidən fəallaşmasının şahidiyik”.
Hər iki hadisə arasında bağlılıq axtarmaq doğru olmaz
Politoloq İlyas Hüseynov isə Rusiya flateliyasının Bakıya gəlməsini bu cür əlaqələndirib:

İlyas Hüseynov

İlyas Hüseynov

“Bildirmək istəyirəm ki, iyulun 12- də Azərbaycan-Ermənistan sərhəddində kəskinləşən vəziyyət eyni zamanda, Tovuz istiqamətində gedən döyüşlərdən dərhal sonra Türkiyə ordusunun şəxsi heyətinin Azərbaycana hərbi təlimlər məqsədi ilə gəlməsi Türkiyə ilə Azərbaycan arasında dostluğu və qardaşlığı nümayiş etdirdi. Türkiyə Azərbaycanın etibarlı tərəfdaşıdır. Həmçinin hər iki dövlət möhkəm tellərlə birbirinə bağlıdır. Hərbi təlimlərin sonuncu mərhələsində Türkiyənin Müdafiə naziri Hulusi Akarın Azərbaycana gəlişi onu göstərdi ki, Türkiyənin hərbi rəhbərliyi azərbaycanlı qardaşları ilə hərbi təlimlərin keçirilməsi və taktiki, texniki tapşırıqların uğurla icra edilməsini görmək və bunu nəzarətdə saxlamaq istəyir. Digər tərəfdən Hulusi Akarın İlham Əliyevlə görüşü də oldu. Bu görüşdə hərbi siyasi əlaqələrə və partnyorluğa dair müxtəlif tezislər səsləndirildi. Türkiyə Azərbaycanın haqlı mövqeyini bütün platformalarda, bütün tiribunalarda dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, sərhədlərin toxunulmazlığı və Beynəlxalq hüquq normaları çərçivəsində ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının tərəfdarı yolunda çıxış edir.

Bununla yanaşı Azərbaycanda Rusiyanın hərbi donanmasının və Xəzər flateliyasının gəmilərinin Bakı sahillərində yan alması ictimaiyyətdə müəyyən suallar doğurub və Türkiyə ilə keçirilən hərbi təlimlərdən sonra Rusiya gəmilərinin Azərbaycana gəlməsi bir qisim insanlar tərəfindən maraqla qarşılanıb. Lakin qeyd etmək istəyirəm ki, bizim Rusiya ilə də çox gözəl münasibətlərimiz var. Bu münasibətlər siyasi, iqtisadi, mədəni münasibətlərdir. Rusiyanın gəmilərinin Azərbaycana gəlməsi “Beynəlxalq Ordu Oyunları 2020” yarışları çərçivəsində keçirilən Dəniz kuboku müsabiqəsində iştirak etmək üçündür. Rusiyanın hərbi donanmasının Xəzər flateliyasının Mahaçqala, Astraxan kiçik artreliya gəmiləri, “SB738” xilasedici yedək gəmisi də gəlib. Bu, yalnız Rusiya ilə Azərbaycan arasında olan Beynəlxalq ordu oyunları çərçivəsindədir və davamlı olaraq keçirilir. Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlər əldə olan razılıqlar və il ərzində tərtib olunmuş təlimlər planına uyğun həyata keçirilirdi. Rusiyanın Azərbaycana gələn gəmiləri isə Beynəlxalq ordu oyunları çərçivəsində Bakıya gəliblər. Ona görə də, iki hadisə arasında müəyyən bağlılıq axtarmaq doğru olmaz”.

Aytəkin Cəlali