Azrəbaycan ədəbiyyatının məşhur şairi İzzəddin Həsənoğlunun İrandakı qəbri dağıdılıb.

Bu barədə tanınmış araşdırmaçı, publisist, folklorşünas Əli Şamil məlumat verib.

 

Qeyd edək ki, şairin Xorasan şəhərində yerləşən məzarı üzərində keçən il bərpa işləri aparılmışdı.

İ.Həsənoğlu ədəbiyyatımızda anadilli şeirin ilk nümayəndəsi sayılır. Onun “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər”, “Necəsən gəl, ey yüzü ağüm bənim”, “Rəhmsiz xəlq olunubdur o nigarım nə edim” azərbaycanca qəzəlləri məşhurdur.