Bəzi inanclara görə, hər bir insan bədənində xarakteri, maraqları və taleyi ilə bağlı vacib informasiyanı daşıyan ləkələr gəzdirir. Ləkələr dedikdə isə xallar nəzərdə tutulur.

Çox xalı olan daha gənc görünürmüş

Britaniyalı alimlər bədəndə çoxlu xalın nədən xəbər verdiyini müəyyənləşdirmək üçün araşdırma aparıblar.

Sən demə bu, cavanlıq və uzunömürlülüyün göstəricisidir. Çoxlu xalı olan şəxslər möhkəm sümüklərə, sağlam ürəyə və minimum qırışa malik olurlar. Araşdırma zamanı məlum olub ki, bədənində 100 və daha artıq xal olan şəxslər öz yaşıdlarından təxminən 7 yaş cavan görünür.

Xallar nədən xəbər verirlər?

Xalq arasında da xallarla bağlı çoxsaylı fikirlər var. Məsələn, bəziləri düşünür ki, bu, düşmənin çoxluğundan xəbər verir. Bəziləri isə əmindirlər ki, bədəndə xalın çox olması dəri xərçəngi riskinin çox olması deməkdir.

Toxunanda ağrı verən xalları orta asrlərdə “şeytan damğası” adlandırırdılar və bu xalın sahibini məhv edirdilər. Belə fikir yayılmışdı ki, həmin xal insanın keçmiş həyatında magiyayla məşğulluğunun, sadist əməllərinin izləridi. Amma “şeytan damğası” çox nadir hadisədi. Müasir insan bəxtinə düşən belə xala dəyməsə yaxşıdı. Xalın eneji ötürmə funksiyası təsdiqlənsə, çox maraqlı nəticə alınır.

XV əsr Avropasında xallı qadınları tonqalda yandırırdılar. XVIII əsrdə isə inanırdılar ki, Veneranın üzü xalla bəzənib. Veneradan pay almayan qadınlar özləri xal çəkərdilər. İndi xala baxan yoxdu. Amma xalın taleyə və xasiyyətə təsirinə hamı inanır.

Çiyində xal problem deməkdir

Bədəndəki Xalların Mənası

Çiyində xal nə deməkdir

Yerinə görə xalların mənaları

Bəs bilirdiniz ki, üzdə və bədəndəki xalların yerinə görə insanın xarakterini müəyyən etmək mümkündür?

Alında olan xallar:

Bu xalın sahibi müdrik siyasətçi, diplomat, güclü dövlət xadimi ola bilər. İki qaş arasında xalı olan insanlar gələcəyi deyə bilmək iqtidarına malik olurlar. Bu cür xal sahiblərinə çox az rast gəlinir. Bu yer “üçüncü göz” hesab olunur. Alının üstdə yerləşən xal sahibi böyük təşkilatçılıq bacarıqlarına malik olur. Alının ortasındakı xal sahibinin məqsədyönlü və hakimlik iddiasında olmasından xəbər verir. Bu insanlar ağıllı və müdrik olurlar. Böyük enerji ehtiyatı sayəsində bir çox işlərin öhdəsindən asanlıqla gəlirlər.

Dildə olan xallar:

Bu cür nadir xal sahibləri çox danışırlar. Demək olar ki, həmsöhbətlərinə qulaq asmırlar.

Çiyində xal:

Belə insanlar keçmişdə həll edə bilmədikləri problemlərin yükü altında əzilirlər. Güclü insanlardırlar amma qərar verə bilmirlər. Çoxlu informasiya daşıyıcısıdırlar. Belə adamların çiyinlərində elə bil ağır yük var. Bədənin bu hissəsində xal problem deməkdir. Bu xal nəsildən-nəsilə keçdikdə uşaqlar öz valideynlərinin səhvlərini təkrarlayırlar. Belə adamlar güclü şəxsiyyət olsalar da, başqalarının asanlıqla etdiklərini təkrarlamağa onların cəsarəti çatmır. Buna görə də onlar həmişə yaxşı vəzifədə işləyən savadsızlara və şəxsi həyatda xoşbəxtlik qazananlara qibtə edirlər. Onlar heç vaxt bütün həyatı gözləri qarşısında keçən uşaqlıq dostlarının, tanışlarının avtoritetini qəbul etmirlər. Belə adamlar az danışan, hövsələli olur və tapşırılan bütün işləri dəqiqliklə yerinə yetirirlər.

Sinədə xal:

Qadınlar  üçün daha böyük məna kəsb edir. Bu, bütövlükdə insanlığa böyük məhəbbətin simvoludur. Belə qadınlar etibarlı həyat yoldaşı və ideal ana olurlar. Onların hisləri daimi, məqsədləri isə dəqiqdir. Kişilərdə də bu işarə təmiz məhəbbət və sadiqliyin göstəricisidir. Bu insanlar əzəli və əbədi sevgilərinə sadiq qalırlar. Qədim zamanlarda, belə xal təhlükəli simvol hesab edilirdi. Xal sol sinədə yerləşirdisə, bu cür qadınlar qarşılıqsız sevgi qurbanı olacağını hesab edirmişlər.

Dodaqdakı xal insanın zəif iradəsindən xəbər verir

Bədəndəki Xalların Mənası

Dodaqda xal olmağı

Qulaqda xal:

Sahibləri  adətən çox lovğa olurlar. Bu keyfiyyəti özünü müdafiə kimi işlədirlər. Bu insanlar verdikləri sözü tutmağı bacarmırlar. Buna görə də onlar çox vaxt yalan danışmağa məcbur olurlar. Özlərindən  çox razı adamlar hesab edilir. Yerli-yersiz həddən ziyadə öyünərək, bacarıqlarını şişirdirlər. Belə adamlar çox vaxt sözlərinin üstündə durmurlar. Savadlı, yüksək intellekt sahibinin qulağındakı xal isə onun həm də qeyri-adiliyinə, orijinallığına işarədir. Zahiri görünüşlərinə görə də kütlədən seçilirlər. Onların özünə inamsızlığı müvəqqəti xarakter daşıyır. Belələri çətinlikləri və kompleksləri asanlıqla dəf edirlər. Adətən lovğa insanlarda olur. Bu lovğalıqlarından daha çox özlərini müdafiə üçün istifadə edirlər. Amma bu insanlar söz verib yerinə yetirmirlər. Aldatmağa və oğurluğa meyllidirlər.

Dodaqda xal:

Dodağın qırmızı haşiyəsindəki xal insanın zəif iradəsindən xəbər verir. Belə xallara daha çox qadınlarda rast gəlinir. Bu xalın sahibləri öz əməllərinə görə cavab verə bilmirlər. Onlar həm də çox hissiyyatlı olurlar. Həmçinin başqalarını dinləməyi bacarmırlar. Üst dodaqdakı xal qadınlarda məkr və qəddarlıqdan xəbər verir. Hakimiyyət iddialı və ruhən güclü olan belə xal sahibləri seçdikləri kişini, sözün əsl mənasında, “əzirlər”. Onlar ərinə və uşaqlarına qarşı qətiyyən mehribanlıq göstərmirlər. Çox vaxt uğurlu karyera qurur və cəmiyyətdə nüfuz qazanırlar.

Əllərdə xal:

Əlin içində xalı olan adamlar çox inciyən olurlar. Əgər iki xal varsa, deməli, bu adamlar kobudluğa və diqqətsizliyə qarşı həssasdırlar. Əllərində xalı olan qadınlar nikahda xoşbəxt olurlar. Sağ əllərində xal olan kişilərin yaxşı enerjisi olur. İnsanlar onun iradəsinə tabe olurlar. Belə kişilər həyata nikbin baxırlar. Pul qazana, sərbəst ola bilirlər.

Barmaqlarda xal:

Barmaqlarında xal olan adamlara daha tez göz dəyir. Amma bu xalın yaxşı keyfiyyətləri də var. Belə insanlarda əl işləri gözəl alınır.

Dizlərdə xal:

Dizlərdə xal çox səbrsiz insanlarda olur. Əgər bu xal hər iki dizdə varsa deməli, şəxs olduqca səbrsizdir. Onlar tez-tez yeriyirlər, həmişə tələsirlər. Bir işə başlayarkən tez bitirməyə can atırlar.

Bu qadınlar ehtiraslarını tez-tez dəyişdirə bilər

Bədəndəki Xalların Mənası

Boyundakı xalların mənası

Bədəndəki Xalların Mənası

Xalına görə Xarakterini öyrən

Yanaqlarda və gözlərin altında:

Qadınlarda incəlik və mehribanlıq nişanəsidir. Sol yanaqda, qulağın yaxınlığında xalı olan qadınlar fədakardırlar. Ümumiyyətlə, sol yanaqdakı xal mübarizliyin göstəricisidir. Sağ yanağında xalı olanı isə hər bir işdə uğur gözləyir. Sağ yanağında xal olan qadınlar tez-tez qarşı cinsin diqqət mərkəzində olurlar. Bu xal hələ uşaqlıqda yaranmış istedada işarə edir. Belə qadınlar rəssam, yazıçı, bəstəkar ola bilirlər. Qadınlar üçün bu, gözəllik işarəsidir. Lakin həm də bu cür qadınlar balanslı olmurlar, depressiyaya meyilli olurlar. Sağ yanağında xal olan kişilərin həyatı uğurlu olur. Onlar ailədə də xoşbəxt olurlar.

Boyunda xal:

Kişilərdə hövsələsizliyi göstərir. Belə xalı olan adamların əhvalı tez-tez dəyişir. Onlar zəif və iradəsiz olurlar. Belə kişilər yüksək intellektə və mənəvi zənginliyə malik olsalar da, mübarizəni sevmədiklərindən çox vaxt özlərini realizə edə bilmirlər. Bununla belə, onlar öz işlərinin peşəkarı olurlar.

Qadınlar isə dəyişkən xasiyyətli olurlar. Boynunda xalı olan qadın öz zövqünü, ehtiraslarını və əqidəsini tez-tez dəyişə bilər. Eyni zamanda, belə qadınlar çox zərif və sadiq olurlar. Həmişə rahatlıq yaratmağa çalışsalar da, ətrafdakılar onları zövqsüz hesab edirlər. Çox vaxt başqalarının məsləhətlərinə qulaq asmırlar. Boynunda xalı olan insanlar arasında heç vaxt ailə qurmayan tənha insanlara da rast gəlinir.

Budda xal:

Xal budda (ayağın dizdən yuxarı hissəsində) sağdadırsa, bu, tərki dünyalıqdan xəbər verir. Belələri analarından asılı olurlar. Uşaqlıqda yaşıdlarından fərqlənirlər. Harada olurlarsa olsunlar, “ağ qarğa” hesab edilirlər. Belə qadınlar çox çətinliklə ailə qururlar. Onlar xüsusi bacarığa malik olurlar. Bu adamlarda ya gözəl əl qabiliyyəti, ya da şairlik istedadı olur. Onlar öncəgörənlik də edə bilirlər.

Burunda xal:

Bu adamlar ünsiyyətcil olurlar. Burunun ucundakı xal yüngül xarakter və yumor hissinin göstəricisidir. Belə adamlar heç nəyi ciddi qəbul etmir, tez-tez iş yerini və təhsil ocaqlarını dəyişirlər. Onlar əqidələrini ötəri istəyə asanlıqla dəyişə bilərlər.

Başın tüklü hissəsində:

Çox vaxt özlərini ətrafdakılardan təcrid edirlər. Bu adamlar öz problemlərini, sirlərini heç kimlə bölüşmürlər. Amma belə xallar heç də həmişə bədbinlik əlaməti sayılmır.

Boğazda xal:

Boğazında xal olan qadınlar çox dəyişkəndirlər. Amma həm də düzlüyə meyllidirlər. İntriqalardan qaçırlar. Tez-tez zövqləri dəyişir. Bəzən sevgililərini də dəyişirlər. Hətta ərlərinə xəyanət də edə bilərlər, lakin heç vaxt bunu gizlətmirlər. Etiraf edirlər. Onlar çox zərifdirlər. Dərin sevgi hisslərinə malikdirlər. Özlərini bir adama həsr edə bilərlər, lakin bu adam olmasa, tək qalırlar və fikirlərini uşaqlarının tərbiyəsinə yönəldirlər. Onun üçün ilk növbədə evdir. Tez-tez analarının taleyini təkrarlayırlar.

Çənədə xal:

Çənədəki xal hakimiyyətdən xəbər verir. Belə adamlar nə istədiklərini dəqiq bilirlər. Güclü iradəyə malik bu insanlar istənilən işi axıra çatdırırlar. Bunun üçün onlar bütün vasitələrə əl atırlar. Cəmiyyətdə yüksək mövqe tutan belə insanlarda diktatorluq cizgiləri də özünü göstərir

Kürəkdə xal:

Ətrafdakılara və özünə qarşı tələbkarlıqdan xəbər verir. Slavyanların inanclarına görə, belə xal başqa insanlar tərəfindən xəyanət ediləcəyindən də xəbər verir. İstisna deyil ki, bu insanlar keçmiş həyatlarında xəyanətdən əzab çəkiblər. Bu cür insanlar diqqətli olmalıdırlar.

İnsan bədənində elə bir yer yoxdur ki, orada xal əmələ gəlməsin. Hətta göz bəbəklərinin, ağızın içində, dildə də xala rast gəlmək olar. Tibb elminə görə, ləkələr və xallar dərinin inkişafının anadangəlmə qüsuru və ya həyat boyu əldə edilən xoşxassəli şişdir. Xallar müxtəlif forma və ölçülərdə olur. Onlar həmçinin qəhvəyi, çəhrayı, göy və qara rənglərə görə də fərqlənirlər. Göyə çalan tüklə örtülmüş xallar qədim dövrlərdə şeytan əməli sayılırdı.

 

Bəyim İsmayılova