Dünyanın müxtəlif yerlərində müəyyən rəqəmlərlə bağlı inanclar var. Çox vaxt

“13” rəqəmi nəs sayılır və bəzi ölkələrdə bu rəqəmdən istifadə olunmur.

Digər sirrli rəqəmlərdən biri də “23” rəqəmidir. Belə bir inanc var ki, bütün hadisələrin bu və ya digər yolla, mütləq “23”lə əlaqəsi var.

Bilgisel.az həmin hadisələri sizə təqdim edir:

1) Qədim Misir təqvimləri 23 iyulda başlayır.

2) ABŞ-da baş verən 11 sentyabr hadisələrində ay, gün və ili topladıqda 23 rəqəmi alınır. ( 9, 11, 2001).

3) ABŞ hərbiçiləri Hiroşimaya bombanı 1945-ci il avqustun 6-da 8:15-də (8+15) atmışdılar.

4) Gün ərzində insanlar orta hesabla 23 min dəfə nəfəs alıb, verirlər.

5) Ehtimal nəzəriyyəsində ad günü paradoksu belədir: Təsadüfi seçilmiş 23 adam arasında heç olmasa ikisinin ad günlərinin eyni olma ehtimalı 50-100%-dir.

6) Orqanizmdə qanın tam dövranı 23 saniyə ərzində baş verir.

7) Maykl Cordon və Devid Bekhem 23 nömrəsi altında oynayıblar.

8) Qədim Çində insanlar ədədlərin cinsləri simvollaşdırdığına inanırdılar.

Cüt rəqəmlər qadınları, tək rəqəmlər isə kişiləri təmsil edirdi. Sadə ədəd 23 isə kişiyə xas ən ideal rəqəm idi.

9) Xristianlığın dini kitabında göstərilir ki, Adəm və Həvvanın 23 qızı olub.

10) Latın əlifbasında 23 hərf var.

Xristianlıq və İslam dinini Birləşdirən 23 Rəqəminin Sirri

23-ün sirri

11) Yuli Sezar sui-qəsd zamanı 23 dəfə bıçaqlanıb.

12) Hər valideyn uşağının DNT-nə 23 xromosom ötürür.

13) “Beatles” qrupunun ən son yazılan albomunun son mahnısı “Her Majesty” 23 saniyə davam edir.

14) Yerin oxu 23,5 dərəcə əyridir.

15) “Quran-i Kərim”in endirilməsi 23 il ərzində davam edib.

16) Mayyalılar dünyanın sonunun 23 dekabr 2012-ci ildə (20+1+2=23) gələcəyinə inanırdılar.

17) Jim Kerrinin istehsal şirkətinin adı “JC23 entertainment”dir.

18) Pi sayının (3, 14159) ilk altı pilləsinin cəmi 23-dür.

19) Çernobıl nüvə stansiyasındakı qəza 23 dəqiqədə baş verib.

20) 23 oktyabr 1983-cü ildə Beyrutda (Livan) terrorçu qoşunlarının hücumu zamanı 23 nəfər öldürülüb.

21) Con Dillinger adlı şəxs 23 bankı soyub, ancaq 23 paçka pul oğurlaya bilib. Daha sonra “2323 Clarke Street”də yerləşən “Chicago” teatrında öldürülüb.

22) Rusiyanın kosmik stansiyasının “Mir-23”kosmik cihazında 1997-ci il fevralın 23-də baş verən yanğın zamanı 23 oksigen qutusu yanaraq məhv olub.

23) 23 rəqəmi iki filmə mövzu olub: birincisi 1998-ci ildə çəkilən alman filmi “23” , digəri isə baş rolunu Cim Kerrinin oynadığı “23 nömrə” adlı film.

 

Gülayə Mecid