Bilgisel.az tarixdə qəribə ölümləri ilə yadda qalan şəxsiyyətlərin siyahısını təqdim edir.

Hun İmperatoru Atilla

Atilla

Atilla

Atilla Monqolustandan başlayaraq Rusiya sərhədlərinə qədər bütün Asiya qitəsini fəth edən imperatordur. Atillanın ölüm səbəbi isə çox qəribədir. Atilla İldiko adlı xanımla evlənir. İmperator toyu günü həddən artıq yeyib-içdiyi üçün dayanmaq bilməyən burun qanaxmasından toy gecəsi dünyasını dəyişib. İnsanlar onun sərxoş olub yatdığını zənn ediblər. Səhərə yaxın isə imperator öz qanında boğularaq dünyasını dəyişib.

Yunanıstanlı faciə yazarı Esxil

Esxil

Esxil

Tarixdə yunan faciəsinin atası kimi bilinən Esxilin ölümü çox qəribə olub. Bir qartal tutduğu tısbağanı parçalayıb yemək üçün yüksəkdən aşağı atır. Tısbağa Esxilin başına düşür və o dünyasını dəyişir. Deyilənə görə, qartal filosofun başını qaya zənn edib və atıb. Bu hadisədən sonra Esxil elə ordaca can verib.

Dövrünün filosofu Xrisippos

Xrisippos

Xrisippos

Xrisippos çox hörmət edilən savadlı bir insan idi. O, xidmətçisi ilə oturduqları bir vaxtda əncir yeyən eşşək görür. Daha sonra xidmətçisinə “Eşşəyə susuz şərab verərsən üstündən içsin” deyə zarafat edir. Xidmətçisi bu zarafata gülməsə də filosofa çox gülməli gəlir və ciddi mənada gülməkdən çartlayaraq ölür.

Çinli şair – Li Bai

Li Bai

Li Bai

Çin ədəbiyyatının tarixində ən önəmli şairlərdən biri olan Li Bai həm də çox zaman sərxoş olması ilə tanınırdı. Bir gün axşamüstü qayığıyla irəliləyən şair ayın çay üzərindəki əksini görür və onu qucaqlamaq istəyir. Hər zaman olduğu kimi sərxoş olan şair Li Bai bu məqsədlə çaya atılır və boğularaq can verir.

Elm adamı Tiço Brah

Tycho Brahe

Tycho Brahe

Tiço Brah adlı danimarkalı elm adamı tualetə getmədiyi üçün ölüb. 16-cı əsrdə yemək bitmədən süfrədən qalxmaq xoş qarşılanmazdı. Tiço Brah qonaq olduğu bir mərasimə getmədən öncə tualetə girməyi unudub. Yeməkdə çoxlu içki içən elm adamı, tualetə getmək üçün icazə istəyə bilməyəcək qədər nəzakətli olduğundan idrar kisəsi partlayıb və 11 gün acı çəkdikdən sonra ölüb.

Tayland kraliçası Sunandha Kumariratana

Sunandha Kumariratana

Sunandha Kumariratana

O dövrdə Taylandda krallıq nümayəndələrinə toxunmaq qadağan idi. Bir gün bağ evinə getmək üçün çay yatağını keçən kraliçanın qayığı qəzaya uğrayaraq batır. Ancaq kraliçaya toxunmağın qadağan olduğunu və bunun cəzasının ölüm olduğundan xəbərdar olan insanlar ona kömək edə bilmir. Nəticədə kraliça Sunandha 1880-ci ildə qarnındaki körpəsiylə boğularaq dünyasını dəyişir.

Cek Deniel dövrünün məşhur viski marka qurucusu

Jack Daniel

Jack Daniel

Cek Deniel iş yerinə erkən gəldiyi günlərin birində pul və əşyalarını saxladığı kassanı açmaq istəyib. Şifrəsini unutduğu üçün kassanı aça bilməyən iş adamı çox əsəbiləşib. O əsəblə də kassaya möhkəm təpik atır. Bunun nəticəsində Cek Denielin ayağının baş barmağı qırılıb. Eyni zamanda yaralı barmağı infeksiyaya yoluxub. 1911-ci ildə məşhur “Cek Deniel” viskisinin yaradıcısı bu səbəbdən dünyasını dəyişib.

Məryəm Hüseyn