“Taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır. Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil”.

Bilgisel.az-ın xəbərinə görə, bu sözləri Bakı Nəqliyyat Agentliyinin rəsmisi Hikmət Babayev deyib. O, taksi qiymətlərinin avtobus qiymətlərinə bərabərləşdiyini qeyd edib.

Hikmət Babayevin bu sözləri sosial şəbəkələrdə qalmaqala səbəb olub. İstifadəçilər onun bu çıxışına görə üzr istəməli olduğunu bildirib.