Klara Setkin həyatı boyu qadınların haqqları uğrunda mübarizə aparıb. Onun adı Beynəlxalq qadınlar günü ilə bağlıdır.

Almaniyanın və beynəlxalq sosialistik və qadın hərəkatının ən məşhur xadimlərindən biri Klara Setkin (Clara Zetkin) XX əsrin tarixinə yalnız fəal kommunist kimi deyil, həmçinin Avropada qadınların haqqlarının tanılmasında mühüm rol oynamış islahatçı bir qadındır. Sovet vaxtında Setkinin əsas nailiyyəti onun təklifi ilə Beynəlxalq qadın gününün yaradılmasında idi.

Klara Setkin 1857-ci ildə kiçik Sakson şəhəri Viderauda kənd müəllimi ailəsində anadan olmuşdu. Hələ gənc yaşındaykən Klara öz həmyaşıdları arasında fərqlənirdi: 9 yaşında o, Höte və Şilleri oxumuşdu, 12 yaşında isə tarixçi Tomas Karleylin «Fransız inqilabının tarixi» əsərindən müəyyən hissələri əzbərdən deyirdi.

Siyasətdə ilk addımları

Leypsiq pedaqoji gimnaziyanın tələbəsi olarkən Klara Setkin gizli sosial-demokratların gizli iclaslarında iştirak edirdi və 1878-ci ildə Sosial əmək partiyasının sıralarına qoşulmuşdu. Elə həmin dövrdə o, öz gələcək həyat yoldaşı – rus inqilabçısı- emiqrantla Osip Setkinlə tanış olmuşdu. Bir müddətdən sonra Klara Osip Setkinlə birgə Zürixə köçməli olmuşdular.

1882-ci ildə Setkinlər Parisə köçür və burada partiya fəaliyyəti ilə məşğul olmağa davam edirlər. Sosial demokratik qəzetlərdə tərcümələr edərək onlar özlərini təmin etmə üçün pul qazanırdılar. Osip 1889-cu ildə vərəmdən vəfat etmişdi. Klara ilə Osipin iki oğlu var idi.
Klaranın uzun illər boyu Setkin soyadı ilə imza atmasına baxmayaraq onun Osiplə rəsmi nikahı yox idi.

Qadınların hüquqları üzərində mübarizə

Fransada yaşayarkən Klara Setkin fəal şəkildə 1889-cu ildə Parisdə 2-ci Beynəlxalq Qurucu Konqresinin hazırlanmasında və iştirak etmişdi. Burada o, inqilabi mübarizədə qadınların rolu haqqında çıxış ilə çıxış etmişdi. Bundan sonra, Almaniyada sosial demokratları tətbiq etməkdən imtina edildikdən sonra, Klara öz vətəninə qayıdır. Və burada 1892-ci ildən etibarən Ştutqartda qadınlar üçün «Bərabərlik» qəzeti dərc etməyə başlamışdı.

1907-ci ildə Klara Setkin ASDP-nın qadın bölməsinə rəhbərlik edir və Roza Lüksemburq ilə birlikdə qadınların hüquqları haqqında çıxış edirdilər.  1910-cu ildə Kopenhagendə qadın sosialistlərin Beynəlxalq konfrasında Setkinin təklifi ilə Beynəlxalq qadın gününu qeyd edilməsi haqqında qanun qəbul edilmişdi. Daha sonra Nyu-Yorkda 8 Mart 1857-ci ildə geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etdikləri tarixdə hər il qadınlar günü qeyd olunmağa başladı.