Livanın paytaxtı Beyrut şəhərində dünən saat 18:00 radələrində partlayış baş verib. Beyrutda baş verən partlayış qonşu Kipr adasından 240 kilometr uzaqlıqda və ya təxminən 150 mil uzaqlıqda hiss edilib. Partlayış nəticəsində göbələk buludu şəhərin səma xəttinin üstünə qalxıb. Məlum oldu ki, partlayışa 2750 ton ammonium nitrat səbəb olub. Partlayışın meydana gəldiyi deponun 6 ildir orada olduğu və təhlükəsizlik tədbirlərinin heç də kifayət qədər olmadığı meydana çıxdı.
Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank tvitter hesabında bu maddənin 6 il bundan öncə İstanbul boğazından keçərək Beyruta aparıldığı barədə post paylaşıb.
Partlayış nəticəsində minlərlə insan evsiz qaldı
Partlayış nəticəsində hökumət binası zərər görüb, ölən yoxdur. Eyni zamanda Rusiya səfirliyi , Qazaxıstan səfirliyinin binası də zərər görmüş binalar içərisindədir. Hazırda verilən son məlumatlara görə partlayış nəticəsində 100 dən çox insan ölüb, 4000 dən çox insan isə yaralıdır, 100- dən çox insan isə itkin düşüb, onları axtarış tədbirləri davam etdirilir. Livanda 3 günlük matəm elan edildi.
Partlayışdan öncə Livanda vəziyyət necə idi?
Livan 2019- cu ilin sonundan etibarən dərin bir böhran keçirirdi. Koronavirus pandemiyasının başlanması ilə ölkədə sağlamlıq böhranı başladı. İyul ayının əvvələrində ölkənin qıtlıq qiymətləri 56 % artıb. Birləşmiş Millətlər Təşkilatının yaydığı hesabata görə, aprel ayının sonundan ölkədə əhalinin yarısı qida əldə etməkdə çətinlik çəkir. Təxminən 6 milyon əhalisi olan Livanda oktyabr ayından bəri iş yerlərini itirənlərin sayı 300 mini keçdi. Dünya Bankının məlumatına görə, tezliklə əhalinin 75 faizi yoxsulluq həddində yaşayacaqdır.
Partlayış şəhərə nə qədər ziyan vurdu?
Beyrut şəhər meri Marvan Aboud partlayış nəticəsində şəhərə 3 – 5 milyard dollar məbləğində ziyan dəydiyini açıqlayıb. Eyni zamanda evsiz qalanların sayı 250-300 000 arasındadır.
Livanın prezidenti Mişel Aoun 66 milyon dolar həcmində təcili yardım fondu aktivləşdirəcəyini açıqlayıb.
Türkiyə , Azərbaycan ,İngiltərə , Fransa və bir çox ölkələr Livan dövlətinə yardım ediləcəyini açıqladı.
“ The Economics ” qəzetinin örtük şəkli nəyə işarə idi ?
Bir müddət əvvəl “ The Economist ” qəzeti gələcək illərdə dünyanı gözləyən təhlükələri göstərən örtük şəkli hazırlayıb . Həmin şəkildə koronavirusla gəzən insanların qaz maskası taxması və Beyrutdakı partlayışla əlaqəli şəklin olması şübhə yaradır. Şəkildə “The next catastrophe” (Növbəti fəlakət), “ How to survive it” (Necə sağ qalmaq olar) ifadələri yer alıb. Şəklin sağ tərəfindəki partlayış təsviri Beyrut partlayışını xatırladır.
“The Simpsons” cizgi filmində də Livan partlayışı öncədən görünüb?
Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışa oxşar “The Simpsons” cizgi filminin köhnə epizodlarında yayımlandığı kadrlar üzə çıxıb. Hadisədən sonra simsonlar cizgi filmindəki həmin epizod sosial mediada ən çox paylaşılan görüntülərdən biri olub. Qeyd edək ki, “The Simpsons” cizgi filmi sunami, Donald Trampın prezident seçilməsi, 11 sentyabr əkiz qüllələrin hücumu, Çindən dünyaya ötürülən koronavirus və Kobe Bryantın ölümünü seriallarında əvvəlcədən qeyd etmişdi.
Beyrut şəhərinin partlayışdan əvvəl və sonrakı görüntülərini təqdim edirik .
Gülər Seymurqızı
Gülayə Məcid