Ölüm İndoneziyanın Toraja xalqı üçün nisbi bir anlayışdır. Bununla onlar  sevdiklərini sona qədər özlərinə  yaxın saxlayırlar.

Xarici dünya üçün qəribə görünə bilər, ancaq torajanlar üçün belə deyil. Ölüm burada digər mədəniyyətlərə nisbətən daha az acı hesab olunur.

Əsrlərdən bəri davam edən müqəddəs festival dağlarda gəzən bir adamın cəsəd tapıb, ona paltar geyindirdiyi və ona uğur gətirdiyi zaman başlayıb.

İndoneziyanın Cənubi Sulavesi əyalətindəki Şimali Torajanın Panqala kəndindəki bir qəbristanlıqda, avqustda düyü yığımından sonra reallaşan festivalda əcdadlarını anırlar.

Cəsədlər məzarlarından çıxarılaraq, baxımlı və yeni geyimlər geydirilir. Bəziləri müasir dəbə uyğun – gün eynəkləri və cins, bəziləri isə zərif muncuqlu ağ atlaz paltarlar geyindirir və sırğalar taxırlar.

Ölülərin bəzədilməsi ilə müşaiyət olunan dini mərasim

Toroja xalqının dini mərasimi

AYİNLƏR XRİSTİANLIQLA BİRLƏŞDİRİLİR

1913-cü ildə Hollandiya missionerləri Torajada məktəb yaratdılar. Bununla da əhalinin əksəriyyəti protestantlığa və ya Roma katolikliyinə keçdilər. Onlar xristianlığı qəbul etsələr də, ölüm ayinləri, köhnə dinin güclü təsiri hələdə davam edir.

“Köhnə ayinlər məhv olmur, xristianlığa birləşdirilir” deyə ekspert Erik Kristal Rante Allo bildirib.

Torajan üçün ölüm gəldikdə, ailə cəsədi  yataq otağına qoyur və ona xəstə kimi davranır. Xəstə bir insana “toymakula” deyirlər. Uşaqları tərəfindən öz valideynlərinə gündə bir dəfə yemək verilə bilər. (Cəsəd cürüməsin deyə betel-yarpaq və banan şirələrindən istifadə edərək ənənəvi bir balzam hazırlayırlar.)

Torajanlar uyğun bir makaru’dusan  ayinini yerinə yetirməyincə , ruhların puya  (axirət həyatına)  girə bilməyəcəyinə inanırlar.

Belə ki,bu festivalı keçirməkdə məqsəd, ölüləri mükafatlandırmaq, yeni nəsillərə tanıtmaq və unudulmadıqlarını göstərməkdir.

 

Bəyim İsmayılova