Depresiya – insanın indiki halına mənfi təsir edən və günlük yaşantısında çətinlik yaradan psixoloji vəziyyətdir. Lakin gün ərzində hətta bir neçə gün davam edən ruhsal çöküntü deyilən bir vəziyyətlə çox zaman səhv salınır. Ruhsal çöküntü nədir? Gündəlik həyatda hərkəs zaman zaman özünü kefsiz, bədbəxt, halsız hiss edir. Depresiyanı bundan fərqli edən bəzi xüsusiyyətlər var:

 1.Düşüncə olaraqümidsizlik, çarəsizlik və qaramsarlıq, özgüvən olduqca aşağı hətta özlərini yetərsiz, dəyərsiz kimi hiss edirlər.

2.Şəxsin davranışlarıözünü cəmiyyətdən soyutmağa, içinə qapanmağa, gedərək durğunlaşmasına və heç nədən zövq almamağa meyilli olur.

3.Fizioloji dəyişikliklərbədənsəl cəhətdən dəyişiklik.Burada kilo azlığı və yaxud çoxluğu,kəskin iştah dəyişimi, yuxu problemləri özünü sərt şəkildə göstərir.

Qadın depressiyada uzanıqlı vəziyyətdə

Hər işə mənfi yöndən baxır, başını yastıqdan qaldırmaq istəmir

BEYİN BÜTÜN HADİSƏLƏRƏ MƏNFİ REAKSİYA VERİR

Bu xüsusiyyətlərdən başqa ruhsal çöküntü zamanı bunun üzərində bir və ya bir neçə dəfə müsbət hadisə baş versə bu kifayət edir ki,şəxs əvvəl ki vəziyyətinə qayıtsın. Depresiya zamanı hər nə qədər müsbət situasiya,hadisə olsa belə şəxs ancaq bunu mənfi tərəfdən görür və analiz edir. Belə nəticə çıxarmaq olar ki, depresiyada olan insan müsbət heç bir hadisə görmür və beyin müsbət olan heçnəyi qəbul etmir. Hətta düşünür ki,gedişat bundan daha pis olacaq. Belə tip ağır formaları olduqda baş beynə, mərkəzi sinir sisteminə bir başa təsir edən içərisində kimyəvi maddələr olan antidepresan dərmanlar istifadə olunur. Bu dərmanların əks təsiri varmı? Varsa nələrdir?

İnsanın əhvalını yaxşılaşdıran dərmanlar

Depressiya əleyhinə dərmanlar

ANTİDEPRESAN DƏRMANLARIN ƏKS TƏSİRLƏRİ

Ümumiyyətlə bu dərmanlar yoxlanıldıqdan sonra istifadəyə verilir.Amma bir sıra təsirləri ilə yanaşı əks təsirləridə vardır.

  • Ağızda quruluq
  • Görmə zəifliyi
  • Qəbizlik
  • Ürək bulantısı,qusma
  • Tərləmə
  • Bədənin müəyyən sahələrində üyüşüklük
  • Yuxu problem
  • Çəki artımı
  • Baş ağrısı,baş dönməsi
  • Cinsi problemlər və s.

Təbii ki,bu təsirlər hər kəsdə mütləq olacaq və eyni olacaq demək deyil. Onun üçün gündəlik ağrı kəsici dərmanları,yuxu gətirən dərmanları belə həkim məsləhəti olmadan qəbul etmək olmaz. Bilmədən qəbul edilən hər dərman orqanizimin məhvi ola bilər.

Psixoloq Bəşirli Xanım