Simsiz qulaqlıqlara tələb artdıqca fərqli seçimlər də gəlir.

LG-nin “Tone Free” adlandırılan qulaqlığı uktrabənövşəyi özəllikli şarj qutusu ilə fərqlənir.

Qulaqlıqlar ilk dəfə ötən ilin yay aylarında təqdim edilib. Koronavirus dövründə, elektron cihazların dezinfeksiya edilməsinin vacibliyi vurğulandığı zaman
bu qulaqlıqlar diqqət çəkməyi bacarıb.

Cihazın şarj qutusuna əlavə edilən ultrabənövşəyi sistem onu dezinfeksiya etməyə imkan verir. Oxşar xüsusiyyətlər Samsung və digər şirkətlərin fərqli cihazlarına da gəlmişdi.

dezinfeksiya edən qulaqlıq

LG-nin bu qulaqlıqları artıq Hindistanda özəl, dezinfeksiya edən şarj qutusuyla birlikdə satışa çıxarılıb. Qulaqlığın iki fərqli versiyası var. Aktiv gurultu əngəlləmə özəlliyinə sahib model 410 dollara, sahib olmayan isə 341 dollara satılır.

Qulaqlıq enerji yığdıqca bakteriya və mikrobları aradan qaldırır. İki fərqli rəngi var: mat qara və parlaq ağ.

Bir dəfə enerji yığdıqda 6 saat istifadə edilə bilər. Ən yaxşı xüsusiyyətlərindən biri də 5 dəqiqə qısa enerji yığma özəlliyi ilə 1 saat istifadəyə imkan verməsidir.

Qulaqlıq həm sürətli, həm də simsiz enerji yığma funksiyasına sahibdir.