“Tesla” və “Space X” şirkətlərinin qurucusu Elon Musk 185 milyard dolları aşan  dünyanın ən varlı insanı oldu.

Bu barədə CNBC xəbər verir.

“Tesla”nın hissə qiymətlərində yaşanan artımla Musk 184 milyard dollar sərvəti olan “Amazon” qurucusu Jeff Bezos-u geridə qoyub.

O, 2020-ci ilə 27 milyard dollarla başlayıb və dünyanın ən zəngin 50 insanı arasında yer alıb.

İyul ayında Elon dünyanın ən varlı yeddinci insanı kimi Waren Buffet-i keçmişdi. Noyabr ayında isə Bill Gates-i keçərək ən zəngin ikinci şəxs oldu.

Qeyd edək ki, “Tesla” şirkətinin bazar dəyəri cümə günü 737,6 milyard dəyərinə yüksəlib.