ABŞ-da bir qadının koronavirusla mübarizəsi 335 gün çəkib.
2020-ci ilin yazında bu virusa yoluxan xəstənin vəziyyəti 335 gün pozitiv qalıb və evdə oksigen dəstəyi almağa davam edib.
Tədqiqatçılar infeksiyanın erkən mərhələlərində toplanan nümunələrin genetik məlumatlarını ayın sonunda alınan nümunələrlə müqayisə edib. Təhlillər virusun ştammının dəyişmədiyini göstərib. Başqa sözlə desək, xəstə təkrar yoluxmayıb, təxminən bir il ərzində eyni virusu özündə saxlamağa davam edib.
“Science Magazine”nin məlumatına görə, xəstə əvvəllər limfoma xəstəliyindən müalicə olunub. İmmunitet sistemi zəiflədiyi üçün koronavirusun xəstənin orqanizmində belə uzun müddət qala biləcəyi düşünülür. Xəstə təxminən üç il əvvəl xərçəng xəstəliyindən “CAR T” hüceyrə müalicəsi alıb. Bu müalicədə xəstələrə geni dəyişdirilmiş süni “T-hüceyrə” reseptorları daşıyan hüceyrələr yeridilir. Müalicə təsirli olub, ancaq bədəndəki antikor istehsal edən “B” hüceyrələrinin əksəriyyətini tükəndirərək immunitet sistemini zəiflədib.
Bundan əvvəl ABŞ-da bir leykoz xəstəsinin koronavirusa yoluxandan sonra xəstəliyi 70 gün ərzində pozitiv olaraq qalıb.