Şanxaydakı Tongji Universitetində çalışan altı tədqiqatçı tərəfindən hazırlanmış maskanın içərisinə yerləşdirilən sensorlar 10 dəqiqə ərzində ətraf mühitdə koronavirus və ya H5N1 və H1N1 qrip viruslarının varlığını müəyyən edir və simsiz qoşulmuş telefon kimi cihazlara ani xəbərdarlıq göndərir.

Maska haqqında məlumat akademik nəşr olan “Matter”də dərc olunub.

Yenidən doldurula bilən litium batareya ilə təchiz edilən bu maska ​​üçün aparılan araşdırmalarda, qapalı ərazidə danışıq və ya öskürək simulyasiyaları ilə patogenlərin püskürtüldüyü sınaqlar aparıldı.