Dünyanın ən məşhur jurnallarından olan National Geographic dərgisi “Yer kürəsində bütün buzlar əriyərsə” başlıqla dərc etdiyi jurnalın məlumatına görə, Yerdəki bütün buzlaqlar ərisə dünya okeanlarında suyun hündürlüyü 65 metr arta bilər.

Təqdim olunan xəritələrdən görünür ki, bu hal baş verərsə, dünyanın bir çox ölkələri, Avropa, Rusiyanın böyük bir hissəsi, həmçinin Azərbaycan suyun altında qalacaqlar.

Bəzi alimlər belə bir halın 5000 ildən sonra baş verəcəyini iddia edirlər.