Hamı son vaxtlarda diqqətləri üzərinə çəkən Clubhouse tətbiqindən danışır.  Tətbiqin sosial şəbəkələr arasında nə qədər qala biləcəyi müzakirə olunur. Sürətlə yayılan Clubhouse tətbiqi qısa müddətdə 1 milyard dollardan çox bazar dəyərinə çatıb.

Bəs bu tətbiqin fərqi nədir?

2020-ci ildə “Alpha Exploration Co” şirkəti Clubhouse platformasını təkmilləşdirib. Milyonlarla istifadəçi  hazırda iOS 13 və daha yüksək iOS versiyası olan telefonlarda işləyən mobil proqrama böyük maraq göstərib. Facebook və Instagram kimi geniş istifadə olunan sosial media şirkətlərindən fərqli olaraq, Clubhouse-da şəkillər və videolar paylaşmaq mümkün deyil. Burada ancaq səs paylaşımı mümkündür.

Tətbiq, Gmail-in illər əvvəl etdiyi kimi dəvətnamədən istifadə edir. Dəvət olmadan sistemə daxil olmaq mümkün deyil.  Dəvəti alan istifadəçi isə platformaya daxil olduqdan sonra iki nəfəri dəvət edə bilər və bu şəkildə formalaşan zəncir vaxt keçdikcə daha çox istifadəçini Clubhouse-a cəlb edir. Dəvəti olmayanlar adlarını siyahıya yazdırırlar və yalnız növbə çatdıqda söhbət otaqlarına buraxılırlar.

Clubhouse da bütün digər sosial şəbəkələr kimi vaxt aparan quruluşa sahibdir.  Onun “Zoom” kimi sahəsində bir nömrəli olacağı və bunun digər sosial şəbəkələrin istifadəsini azalda biləcəyi düşünülür.

“Sunday Times” qəzetin gedən bir xəbərə görə, tətbiqdə bir problem var. Clubhouse çox yeni proqramdır və minlərlə otaqda edilən çıxışların məzmununa nəzarət etmək çox çətindir. Yəni, səsləriniz istəmədiyiniz şəxslərin əlinə düşə bilər.

Clubhouse Android cihazlarında və köhnə iPhone-larda da işləmir. Tətbiqi iOS 13 və daha yüksək versiyalarında çalışan cihazlara yükləyə bilərsiniz.  Proqramı yükləmək və dəvətnamə ilə daxil olmaq, sonra tətbiqdən istifadə etmək də pulsuzdur.

Clubhouse Android telefonları üçün tətbiqin üzərində də işə başlayıb. Platforma qurucuları asta-asta böyüməyin tərəfdarı olduqları üçün tətbiqin Android cihazlara nə vaxt gələcəyi haqqında dəqiq məlumat verməyiblər.

Aytac Ələkbər