Qiyməli kartof ruleti ən çox axtarılan reseptlərdən biridir. Bəs onu necə dadlı hazırlamaq olar?
Tərkibi:
4 ədəd qaynadılmış kartof
4 yumurta
2 yemək qaşığı un
1 çay qaşığı pul bibər
1 çay qaşığı cirə
1 çay qaşığı duz
İçliyi üçün:
500 qr dana qiyməsi
3 ədəd qara istiot
2 ədəd quru soğan
50 qr rəndələnmiş çeddar pendiri
1 yemək qaşığı tomat
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı cirə
Hazırlanması:
Qaynatdığınız kartofları əzin, üzərinə un, yumurta, istiot, pul bibər, cirə, duz qatıb qaşıqla əzərək qarışdırın. Yağlı kağız qoyduğunuz soba qabını zeytun yağı ilə yağlayıb hazırladığınız qarışımı yayın.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 6-7 dəqiqə bişirin.
İçlik üçün duru yağ əlavə etdiyiniz tavada sırayla doğranmış soğanları, yaşıl bibərləri, qiyməni, tomatı, istiot, cirəni əlavə edib qovurun.
Sobadan çıxardığınız kartoflu xəmirin üzərinə içliyi yayıb çeddar pendirini səpin. Rulet formasında bükün. Üzərinə qalan rəndələnmiş pendiri səpib təkrar sobaya qoyun. Dilimləyib servis edə bilərsiz.