“Zeytun budaqları altında”, “Albalının dadı”, “Dostumun evi haradadır?”, “Əsli kimidir” kimi məşhur filmlərin rejissoru olan Abbas Kiyarüstəminin şeir haqqındakı fikirlərini sizlərə təqdim edirik.
Qeyd edək ki, rejissorluq fəaliyyətindən savayı, şeirləri ilə də məşhurdur və “Yarpaqla yoldaş” şeirlər kitabının müəllifidir.
2016-ci ildə dünyasını dəyişən dahi kino ustası haqqında bir digər rejissor Martin Skorses bunları demişdir: “Kiyarüstəmi filmdə sənətin zirvəsini təşkil edir”.
“Şeiri daha da şərh etmək şeirə dərinlik qatmır, çətin işdir və təfsirlərə keçir. Bəzən bir şeiri olduğu kimi buraxmalısan. Onun bizdə yaratdığı ilk assosiasiya ilə kifayətlənməliyik. Uşaq məndən qarın niyə belə ağ olduğunu soruşsa, onu inandırmağa cavabım olmayacaq. Bu cavab verə bilməmək təbiətin mürəkkəbliyini anlamağa kömək edir. Poeziya həqiqətdən kənara çıxır, reallıq səltənətinə dərindən dalır və bizə metrlərlə yüksəklərə uçmağa və dünyaya oradan baxmağa imkan verir. Şeir az sözlə çox şey deyir. İndi bir daha düşünsək; Qar niyə belə ağdır, bu qədər. Daha çoxu yoxdur. Axı kim bizi inandıra bilər ki, bu suala cavab vermək olar?”