Mitomaniya insanların öz  danışdıqları yalana inanmaq xəstəliyidir. Bu tip insanlar səhvlərini ört-basdır etmək üçün davamlı olaraq yalan danışırlar. Bir müddət sonra isə artıq öz danışdıqları yalana özləridə inanmağa başlayırlar…

Tarixi
Mitomaniya ilk dəfə xəstələrində kompulsiv yalan öyrənən İsveçrə əsilli psixiatr Anton Delbrück tərəfindən təsvir edilib. Bu müəllifə və mövzu ilə əlaqədar sonrakı araşdırmalara görə, patoloji yalançıların əsas motivasiyası, həyəcan verici, bənzərsiz və göstərişli bir həyat sürdüklərini göstərməklə başqalarına təsir etməyə çalışmaqdır.

Haqqında
Mitomaniya insanı davamlı olaraq yalan danışmağa məcbur edən psixoloji xəstəlikdir. Yaxud da yalan xəstəliyidir. Bir insanda mitomaniya olduğunu düşünmək üçün onun dəfələrlə və davamlı yalan danışmasını müşahidə etmək lazımdır. Bu tip xəstələr öz danışdıqları yalana çox zaman inanarlar. Belə etdikdə daha inandırıcı olur, insanın özünün inanıb daha sonra digərlərini inandırmağı asan olur. Bu insanlar danışdıqları yalandan peşmanlıq hiss etməzlər. Əgər hiss edərlərsə, bu mitomaniya olmur.

Mitomaniya olan insanların ən vacib xüsusiyyətlərindən biri budur ki, çox mürəkkəb, dramatik və təfərrüatlı hekayələr danışmağa meyillidirlər. Söylədikləri yalanlar ümumiyyətlə neytral deyil, qəribə, qeyri-adi və ya çox şişirdilmiş vəziyyətləri əhatə edir. Danışdıqları hekayədə ya qurban olarlar, ya da qəhraman. Bu yolla qarşı tərəfdə kədər, heyranlıq, rəğbət və ya qəbul kimi çox güclü duyğular yaradırlar. Əslində, bu patologiyanın müstəqil bir xəstəlik olaraq qəbul edilə biləcəyi və ya daha ciddi digər ruhi xəstəliklərin bir simptomu olub olmadığı barədə güclü bir mübahisə var. Bu anda DSM-V (psixologiya sahəsində ən çox istifadə olunan diaqnostik təlimat) mitomaniyanı müstəqil bir patoloji hal olaraq daxil etmir. Bəzi tədqiqatçılar özünə hörmətlə bağlı problemlərdən, keçmiş travmalardan və ya şəxsin aldığı anda daha çox diqqət çəkməkdən qaynaqlandığını düşünürlər.

Müalicəsi

Əlbəttə hər xəstəlik kimi bunun da müalicəsi var. Lakin bu xəstəliyin müalicəsi mürəkkəbdir. Çünki xəstələr xəstəliyini çox zaman qəbul etməzlər. Belə olduqda sağalma ehtimalları aşağı olur. Bununla birlikdə, bu insanlar dəyişməyə qərar verdikdən sonra, patoloji yalançılığa son qoymaq üçün bir çox fərqli yanaşma var. Onların əksəriyyəti ilk növbədə mitomaniyaya nəyin səbəb olduğunu tapmaq və üzərində işləməkdən ibarət olacaq. Beləliklə, məsələn, idaraki-davranış terapiyası insanın özü haqqında olan və yalanın yeganə çıxış yolu olduğunu düşünməsinə səbəb olan mənfi inancları tapmağa çalışacaq. Bu terapiya uğurlu
nəticələnə bilər.

Psixoloq Xanım Bəşirli