Müasir dövrdə informasiya texnologiyaları insanların demək olar ki, bütün fəaliyyət sahələrini əhatə edir. İnternet iş prosesini, ünsiyyəti, informasiya əldə etməyi, ötürməyi asanlaşdırıb. Onlayn mühitdə müxtəlif üsullarla pul qazananlar da az deyil. Ancaq internetdən istifadənin üstünlükləri ilə yanaşı, informasiya təhlükəsizliyi ilə bağlı bir sıra problemlər də yarana bilər. İnternetin inkişaf tendensiyası, bura daxıl olan sürətli və müxtəlif məzmunlu informasiya axını, bu mühitdə təhlükələrin mövcudluğuna şərait yaradaraq kibercinayətkarlara geniş meydan açır. Bu baxımdan virtual məkanda təhlükəsizlik diqqətdə saxlanmalı mövzudur.
Bəs istifadəçilər internetdə özlərini nə dərəcədə təhlükəsiz hiss edirlər? Hansı təhdidləri müşahidə edirlər? Onlayn mühitdə təhlükəsizlik üçün hansı qaydalara riayət edirlər? Ətraflı video-sorğuda: