Dövlət İmtahan Mərkəzinin loqosu plagiat olub-olmamağı müzakirələrə səbəb olub.
Məlum olub ki, DİM-in loqosu foto saytların birindən götürülüb. Bu tip saytlarda demək olar ki, bütün mövzulara uyğun keyfiyyətli şəkil və loqolar olur. İnsanlar orada axtarış verib keyfiyyətli materialları yükləyərək istifadə edirlər. Amma dövlət qurumları və böyük şirkətlərin belə saytlardan loqo götürməsi peşəkar dizaynerlər tərəfindən birmənalı qarşılanmayıb.
Qrafik Dizayner İmam İmamlı DİM-in ucuz varianta əl atdığını bildirib:
“Məsələ budur ki, stok saytlar elə istifadə üçündür. “Unique” bir şey hər zaman əladır, individualdır. Tender etməyib hansısa qrafik dizaynerə və yaxud agentliyə tapşırmaq olardı. Belə deyək, maddi tərəfdən ucuz yolu seçiblər. Stokda bir loqonun qiyməti maksimum 10 dollar olar. Belə individual yığılsa, şəxsən mən 700 manatdan aşağı tək loqonu işləmirəm. Yəni 10 dollar sərfəli büdcədir”.
Sosial şəbəkə istifadəçilərinin də sözügedən loqoya münasibəti birmənalı olmayıb.
Belə ki, sosial şəbəkələrdə “Pulsuz həll ediblər”, “Kimsə yaxşı pul yeyib burada da” , “Düzdü, hazır loqonu bəlkədə stok saytdan alıblar, amma ölkəndə o qədər əjdaha var. Onlara müraciət edə bilərdilər”. – kimi şərhlər yazılıb.
Aytəkin Cəlali