“İnstagram”da “qulaqqirmaq” adında səhifə açılıb. Səhifə öz istəyi ilə qulağını qırdırmaq istəyən şəxslərə xidmət göstərir. Hətta buna qiymət də qoyulub səhifədə. Bir qulağı qırmaq 30 manat, iki qulağı qırmaq isə 50 manatdır. Qulağını qırdırmaq istəyənlər isə adətən gənclərdir. Adətən peşəkar güləşçilərin qulağı qırılaraq zədə alır ki, bu zaman onların qulağı böyüyür. Bu da istər-istəməz insana vahiməli bir görüntü verir. Gənclər də idmanla məşğul olmasalar belə, bu cür idmançı görünüşünə sahib olmaq istəyirlər.
Bu səhifənin xidməti sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. İnsanların marağını nəzərə alıb, səhifə admini ilə əlaqə saxladıq. O, gənclər tərəfindən bu xidmətə böyük maraq olduğunu bildirib.

Qulaq qırma səhifəsi

“qulaqqirma” səhifəsi

Siz bunu necə edirsiniz?
– Əl ilə edirəm. Qulağı buraraq qırıram.
Bəs, bu zaman ağrı olmur?
– Xeyr, elə də, çox ağrı olmur.
Bu prosesin necə baş verdiyi haqda video və şəkilləriniz var?
– Xeyr yoxdur. Çünki onu paylaşsam, çörəyim əldən gedər. Azərbaycanda qulaq qırıram deyənlərin 90%-i mənim kimi bacarmır.
Sizə qulağını qırdırmaq üçün müraciət edənlər çox olur?
– Bəli, istəyənlər və etdirinlər çoxdur.
Qulaq qırmanı harada edirsiniz?
– Yerimiz Nərimanov ərazisindədir.

Aytəkin Cəlali