İlk müasir restoranı 1765-1766-cı illərdə Parisdə Boulanqer açıb.
O, ilk dəfə müştərilərə seçim imkanı verdi. Belə ki, ona qədər menyuda iki seçim olurdu: ət bulyonu və ya şorba.
Adı ilə məşhur olan ilk restoran 1782-ci ildə Parisdə açılıb. Qrand Tovemedə “Loundres” adı altında açılan bu restoranda yeməklərin adları sadalanırdı. İlk restoranın açılışından sonra Fransa inqilabı baş verdiyindən, məşhur aşpazlar işsiz qaldı və müxtəlif ölkələrə köçdülər. 1794-cü ildə Fransadan qaçanların əksəriyyəti Amerikada məskunlaşaraq restoran mədəniyyətini yaydılar. Klassik mətbəx dövrü adlandırılan bu dövrdə restorançılığa təsir göstərən digər ad Aquste Eskoffier idi. Eskoffierin yaratdığı klassik ziyafət menyusunda 10-14 çeşiddə yemək verilirdi. Müasir menyu konsepsiyasının memarı isə Ferdinand Pointdir. Point tərəfindən açılan “La Pyramide”, müxtəlif aşpazların təlim yeri olub. İkinci Dünya müharibəsi də restoran menecmentinin yayılmasında təsirli rol oynayıb. Bu dövrdə fabriklər, ofislər və məktəblər özlərinə qida xidməti bölmələrini qurublar. Bütün dünyada yayılan yemək xidmətlərindən biri Amerikada başlayan sürətli yemək (fast- food) xidməti təklif edən restoranlar olub. Sektor avtomobillərə xidmət ilə başlayıb və vaxt ötdükcə milyonlarla satış əldə etmişdilər. Bu dövrdə sürətli yemək istehlakına qarşı yavaş qida (slow food) axını meydana gəldi. 1970-ci illərdə İtaliyada dəstəklənən ağır qida təmayülünün öncülü olan Karlo Petrini, kitabında yavaş yemək anlayışını, sağlam və gözəl yeməyin hazırlanmağı üçün vaxt lazım olduğunu deyib.