İranda 2014-cü ildə baş verən hadisə bir qadının üzünü əlindən aldı. Biz sadəcə bir qadını tanıyırıq, amma həmin il İranda bir neçə qadının başına belə hadisə gəlib. Belə ki, “The Atlas Beuty” qeyd edir ki, bu qadının adı Mərziyədir. O 6 il əvvəl İsfahanda maşın sürən zaman motosikiletli iki nəfər maşına yaxınlaşır və Mərziyənin üzünə turşu(kislota) atır. Bu hadisə küçə kameralarına qeyd olunsa da, o insanları tapmaq mümkün olmayıb. Bir nüans da xüsusi vurğulanır ki, bu cür halları yaşayan qadınlar örtülü geyinməyən qadınlardır. Məhz bu səbəbdəndə bəzi iranlılar bu hadisənin onların məhz hicab taxmadığıı üçün , onları qorxutmaq üçün edildiyini düşünürlər. İran İslam Respublikası isə bütün bu iddiaları təkzib edir. Mərziyə bu hadisənin hamının bilməsini və turşu satışının qadağan olmasını istəyir.