7. Çovdarlıqda uçurumdan qoruyan – Cerom Selincer (65 milyon)

Yeniyetmələrin təfəkkür problemlərindən və yeniyetmələrin müasir reallığı inkar etməsindən bəhs edən “Çovdarlıqda uçurumdan qoruyan” kitabı 20-ci əsrin ən mübahisəli kitablarından birinə çevrilib. Bu kitab qərbdə məktəb dərsliyinə belə salınıb.

 

6. Kimyagər – Paulo Koelho (65 milyon)

65 milyon nüsxədən çox satışı ilə 1988-ci ildə nəşr olunan “Kimyagər” Braziliyada ən çox satılan kitabdır. Paulo Koelyonun romanının qəhrəmanı xəzinə tapmaq üçün Misirə piramidalara can atan Əndəluslu çoban Santyaqodur.

5. Düşün və varlan – Napoleon Hill (70 milyon)

“Düşün və Varlan” Böyük Depressiya dövründə (1937) Amerikalı Napoleon Hill tərəfindən yazılmış özünü təkmilləşdirmə kitabıdır. Uğur qazanmağın 13 prinsipini təsvir edən kitabını nəşr etdirən Hill “yeni başlayan milyonçular üçün dərsliklər”in əcdadı hesab olunur.

4. Da Vinçinin şifrəsi – Dan Braun (80 milyon)

Cəmi bir neçə il əvvəl işıq üzü görən kitab artıq dünyanın ən çox oxunan on kitabından birinə çevrilib, 2003-cü ildə “Da Vinçi Şifrəsi” kilsənin tənqidinə səbəb olmuşdu. Dan Braunun yazdığı sirli romanı Luvrda baş verən qətl istintaqının hekayəsindən bəhs edir. Sonradan, əsas personajlar Müqəddəs Grail və Məryəm Maqdalenanın taleyi ilə bağlı daha dərin sirləri ortaya atan kitab kilsə tərəfindən birmənalı qarşılanmır.

3. On zənci balası – Aqata Kristi (100 milyon)

Əfsanəvi ingilis detektiv roman yazıçısı Aqata Kristi 1939-cu ildə “On balaca zənci balası” romanını yazdı və bu roman çap tarixində ən çox satılan kitablardan biri olmağı bacardı.

2. Balaca Şəhzadə – Antuan de Sent-Ekzüperi (140 milyon)

“Balaca Şahzadə” fransız aristokratı Antuan de Sent-Ekzüperinin 1943-cü ildə yazdığı məşhur alleqorik povestdir. Dünyada ən çox satılan ikinci kitab 250-dən çox dilə tərcümə olunub.

1. İki şəhərin nağılı – Çarlz Dikkens (200 milyon)

Tarixdə ən çox satılan roman ingilis yazıçısı Çarlz Dikkensin “İki şəhərin nağılı” romanı olub. Müəllif öz romanında ingilis cəmiyyətini tənqid edir, eyni zamanda sinfi mübarizənin və Fransa inqilabının səbəblərini araşdırır.