“Tesla” və “SpaceX”in qurucusu Elon Mask “Neuralink” neyrotexnoloji şirkəti tərəfindən hazırlanan mikroçiplə beyin nəzarətini təmin edəcək texnologiyanı demo versiyanı təqdim edib.
Neuralink Nədir? Neuralinkin xüsusiyyətləri
23 mm diametri və 8 mm qalınlığa malik, batareyası 1 gün davam edən, hər bir cihazda 1024 elektrod olan (mövcud texnologiyalardan daha yüksək sürət vəd edir) çipdir. Beyinlərə çatan elektrodların kabelləri saç tellərindən daha incədir, istilik və təzyiqi ölçə bilir, “bluetooth” ilə işləyir. Çipin istehlakçıya təqdim edilməsi lazer göz əməliyyatı qədər asandır. Əməliyyat bir neçə dəqiqə davam edir. Cihaz bağlanarkən anesteziya edilməsinə ehtiyac yoxdur. İnfeksiya riski yoxdur, uzun kabellər və nəhəng sensorlar yoxdur.
Cihaz internetə qoşula bilən hər cür elektron cihazın beyin siqnalları ilə, yəni düşüncələrlə idarə olunmasını təmin edir.
Kliniki testlərə başlandı
Təəccüb doğuracaq texnologiyanın klinik sınaqlarına başlandı. Bu araşdırmalar zamanı istifadəçilərin qarşılaşa biləcəyi klinik simptomlar izləniləcək və cihaz son vəziyyətinə gələcək.
Saç dərisinə kiçik cihazla bağlanılacaq
Beyinə heç bir anesteziya olmadan qoşula bilən “Neuralink” cihazının sadə bir şəkildə geniş yayılması gözlənilir. Saç tellərindən də incə olan kabellər beyinə yerləşdirildikdən sonra saç dərisindəki kiçik cihazla birləşdirilir. Elon Maskın izahına görə, “Neuralink” cərrahi robotu baş dərisinin kiçik bir hissəsini çıxarır, cihazın elektrodlarını beyinə implantasiya edir, cihazı kəllə sümüyünə birləşdirir və baş dərisini yerində tikir. Üstəlik, bütün bu əməliyyatlar bir neçə dəqiqə ərzində həyata keçirilir. Kabellər vasitəsilə bu kiçik cihaza ötürülən beyin siqnalları bütün digər elektron cihazların anlaya biləcəyi elektron siqnallara çevrilir. Beləliklə düşüncə ilə meydana gələn beyin siqnalları elektron cihazlar üçün də mənalı bir forma qazanır. Əsas olan isə kompüterlərin bu əmrlərə uyğun işləməsidir.
Canlı Yayımda donuzda sınandı
“Neuralink”in canlı yayımındakı mövzulardan biri də Gertrude adlı bir donuz idi. Keçən il siçanlar üzərində sınaqdan keçirildikdən sonra cihazın son versiyası donuzlarda sınaqdan keçirildi. Canlı yayımda cihazın bağlandığı bir donuzun beyin siqnalları izlənildi. Elon Mask cihazın çıxarıldığı donuzlarda davranış dəyişikliyi olmadığını qeyd etdi.