Yaradacılıq fəaliyyətində Türkiyəni özlərinə vətən seçən azərbaycanlılarılar çoxdur.
Türkiyədə yaşayan azərbaycanlıları sizə təqdim edirik.
Çağla Şikel – 1979-cu ildə İstanbulda doğulub. Atası Hüseyn Şikel Azərbaycan əsillidir. Anası isə Çərkəz əsilli Asuman Şikelidir. Çağla Şikelin Bərna adında bir bacısı var. Ali təhsilini İstanbul Universiteti Dövlət Konservatoriyasında alıb. İlk dəfə 1996-cı ildə “Oddessia” filmində çəkilib. 1997-ci ildə “Miss Türkey” yarışmasında birinci olub. Daha sonra isə “Miss World”yarışmasında 4-cü olur və “Avropa gözəli” mükafatını alır. Bundan başqa o Fransa, ABŞ, Almaniya,Çin,Rusiya, Yunanıstan, İsveçrə və Misirdə modellik fəaliyyəti göstərib. “Cennet Mahallesi”və “Görgüsüzler” seriallarında çəkilib. Cennet Mahallesinin Sultanı olaraq yaddaşlarda qalan Çağla Şikelin Uzay və Kuzey adında iki oğlu var.

Tamer Karadağlı

Tamer Karadağlı

Tamer Karadağlı – Əslən azərbaycanlı olan Tamer Karadağlı Qars Sarıqamışlıdır. “Çocuklar Duymasın”dan “Haluk” olaraq yaddaşlarda qalıb.

Nuray Hafiftaş – Türk xalq müğənnisi və bəstəkarı Nuray Hafiftaşın valideynləri azərbaycanlıdır.

Nuray Hafiftaş

Nuray Hafiftaş

Günel Zeynalova – Azəri qızı Günel İbrahim Tatlısəs tərəfindən kəşf edilib. 1990-cı illərdə “Oy Didem” mahnısıyla yaddaşlarda qalıb.

Azər Bülbül –Arabesk mahnıların ifaçısı, Azər Bülbül ləqəbi ilə tanınan Subutay Keskin Azərbaycan əsillidir.

Azer Bülbül

Azer Bülbül

Meral Mansuroğlu – Türk xalq mahnılarının ifaçısıdır. Onun ana tərəfi çərkəz ata tərəfi isə azərbaycanlıdır.

Əlixan Səmədov – 1993-cü ildə Türkiyəyə gedib. Azərbaycan əsilli türk balaban virtouzudur. Nəfəs alətlərini böyük bir ustalıqla ifa edir.

Ozan Akbaba

Ozan Akbaba

Ozan Akbaba – 1982-ci il 9 iyunda Qarsda dünyaya gəlib. 2005-ci ildə “Kırık Kanatlar” serialı ilə aktyorluğa başlayıb. Daha sonra “Kavak yelleri”, “Cennetin sırları” seriallarında çəkilib. Eyni zamanda “Hesablaşma”, “Heksek” ,”Boş ev”, “Emanet”, “Karartma” və “Kötülük” kimi qısa filmlərdə də rol alıb. Arka Sokakların bir neçə bölümündə də iştirakb edəb Ozan Akbaba “Eşkiya Dünyaya Hükümdar olmaz”da canlandırdığı “İlyas” obrazı ilə məşhurluq qazanıb.

Servet Çetin – Azərbaycan əsilli türk futbolçu Servet Çetin 1981-ci ildə 17 martda Türkiyədə Iğdırda anadan olub. O Qalatasaray, Fenerbahçe. Siyassupor, Eskişehirsupor futbol komndalarında oynayıb.

Ataol Behramoğlu

Ataol Behramoğlu

Ataol Behramoğlu – Azərbaycan əsilli türk yazıçı,jurnalist və şair. O 1942-ci il 13 apreldə Çatalcada dünyaya gəlib. Ailəsinin soyadı Gürus olub və ilk şeirlərinidə Ataol Gürusi adı ilə yazıb. Onun “Her şey şiirdir”, “Bir gün mutlaka”, “Ne yağmur …ne şiirlər”, “Kuşatmada” və s kimi şeirləri var.

Mehmet Cem Karaca – atası Azərbaycan əsilli Mehmet Karaca, anası erməni əsilli Toto Karaca (İrma Felegyan) olan Cem Karaca 5 aprel 1945-ci ildə Bakırköydə anadan olub. O musiqiçi, bəstəkar və aktyor olub.Onun ilk qrupu Dinamiklər oldu. Onun ən əsas mahnılarından biri Tamirci Çırağı idi.(İşçisin sen işçi kal). Cem Karaca 2004-cü il 8 fevralda İstanbulda dünyasını dəyişib.

Mehmet Cem Karaca

Mehmet Cem Karaca

Nəsrin Cavadzadə – 1982-ci ildə Bakıda anadan olub. 11 yaşından Türkiyədə yaşayıb və orada Mərmərə Univetsitetinin Kino və Televiziya fakültəsindən məzun olub. Məzun olduqdan sonra isə “Şahika Tekand Oyuncular”ında aktirisalıq təhsili alıb. Aktrisalıq fəaliyyətinə 2007-ci ildə “Yersiz Yurtsuz” serialında çəkilməklə başlayıb. Daha sonra “Dilberin Sekiz Günü” filmində baş rolda çəkilib. Bu filmdəki roluna görə də Ərzurum, Bursa və Ankara Film Festivallarında “ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb.
Bundan başqa o “Samanyolu” və “Alyazmalım ” lahiyələrinədə qatılıb.2011-ci ildə “Güzel Günler Göreceğiz” filmində yaratdığı Anna rolu ilə 48. Antalya Altın Portakal Film Festivalında “ən yaxşı köməkçı qadın aktrisa”, 23.Ankara Uluslararası Film Festivalında isə “ən yaxşı qadın aktrisa” seçildi. İndi isə “Yasak Elma” serialında çəkilən aktrisa Şahika obrazını canlandırır.

Nesrin Cavadzade

Nesrin Cavadzade

Selin Şekerci – Atası ərəb, anası Azərbaycan əsilli olan Selin Şekerci 1989-cu il iyunun 1-də İzmirdə doğulub. “Kavak yelleri”, “Leyla ilə Məcnun”, “Kaçak gelinler” və s. Kimi türk seriallarında oynadığı obrazlarla izləyicilərin sevgisini qazanıb.

Başak Sayan – 1977-ci il 17 iyun tarixində Ankarada dünyaya göz açan Başak Sayanın atası Azərbaycanlıdır. “Milad”, “Geniş zamanlar”, “O kadın”, “Çılgın Bediş”, “Yaprak dökümü” kimi ekran işlərində rol alıb.

Günay Musayeva və Tolga Karel

Günay Musayeva və Tolga Karel

Günay Musayeva– Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. Orta məktəbi Düz Cırdaxan kəndində bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2007-ci ildən modellik və aktrisalıq fəaliyyətinə başlayıb. 2011-ci ilin avqust ayının sonlarında Türkiyənin məşhur aktyorlarından olan Tolqa Karelə ərə gedib.
Bu siyahını bir az da genişlətsək buraya Tuğba Ekinci ( “O Şimdi Asker” mahnısının ifaçısı), Sinem Ünsal (“Mucize Doktorlar”ın Nazlısı), Cihangir Qaffari (Cənubi Azərbaycanlı Yeşilçam aktyoru) və müğənni Elnur Hüseynovu da əlavə etmək olar.

Aytəkin CƏLALİ