Xaricdən gələn təhlükələrə qarşı verdiyimiz duyğusal reaksiyaya qorxu deyilir. Fobiya da hiss etdiyimiz qorxunun bir növüdür. Qorxu bir növ öncədən xəbərdarlıq etmə vəzifəsi daşıyır. Hər bir canlı həyatı üçün təhlükəli olan bir durumu hiss etdiyində özündən asılı olmadan qaçmağa çalışır. Bu təhlükədən yaranan qorxu get-gedə artır və insanda fobiya əmələ gəlir.

Fobiyanın əlamətləri

Titrəmə, tərləmə, ətrafı bulanıq görmə, nəfəs çatışmazlığı, ağız quruluğu, ürəkbulanma, təzyiqin anidən düşməsi, şok və s. fobiyası olan insanlarda yarana biləcək neqativ hallardır.

Fobiya nədir? Fobiya müalicəsi, qorxu, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi, məşhurların fobiyası, Murat Boz, Maykl Cekson, Eminem, Ziynet Sali, Beren Saat, Brad Pitt, Adele, Johnny Depp, Rihanna, Demet Akalın, Hande Ataizi, Madonna, Teoman

Müalicəsi varmı?

Fobiyanı insanlar xəstəlik kimi yox, sanki özlərinin bir parçasıymış kimi qəbul edirlər. Buna görə də fobiya ilə bağlı həkimə müraciət edənlərin sayı çox azdır. Fobiya qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Fobiyanın müalicəsi əsasən, dərman yaxud psixoterapiya ilə aparılır. Bir çox hallarda dərman müalicəsi yetərli olmadığından eyni anda hər iki metoddan da istifadə edilir. Fobiyanın müalicəsində istifadə olunan metodlardan biri də fobiki (fobiyası olanlara fobik deyilir) qorxularının üzərinə doğru aparmaqdır. Məsələn: Orxan pişikdən qorxursa, Orxanı pişiklə bir araya gətirmək, Orxanın pişiyi sığallamasına şərait yaratmaq lazımdır. Belə olduğu halda fobik qorxusunun üstünə gedərək, ondan uzaqlaşmış olacaq.

Fobiya nədir? Fobiya müalicəsi, qorxu, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi, məşhurların fobiyası, Murat Boz, Maykl Cekson, Eminem, Ziynet Sali, Beren Saat, Brad Pitt, Adele, Johnny Depp, Rihanna, Demet Akalın, Hande Ataizi, Madonna, Teoman

Maraqlı fobiya növləri

Agirofobiya – küçənin bir tərəfindən o biri tərəfinə keçmək qorxusudur. Bu fobiyaya sahib insanlar piyada keçidlərindən istifadə etməkdən qorxurlar.

Arakibutirofobiya – bu fobiyalı şəxslər fıstıq püresi yeyərkən fıstıq püresinin damağa yapışmasından qorxurlar.

Anatidaefobiya – anatidaefobiyalı insanlar bir ördək tərəfindən təqib edildiklərini düşünərək qorxurlar. Bu fobiyaya əsasən, uşaqlıq illərində ördəklərin hücumuna məruz qalan şəxslərdə rast gəlinir.

Geletefobiya – geletefobiyalı insanlar başqaları tərəfindən ələ salınmaqdan qorxurlar. Bu fobiyalı şəxslər olduqları yerlərdə başqa insanların gülüşlərinin özləri haqqında olduğunu düşünərək narahatlıq hissi keçirirlər.

Obesofobiya – insanların kökəlməkdən qorxması mənasına gəlir.

Globofobiya – şarlardan, xüsusən də şarların partlamasından qorxurlar.

Pogonofobiya – saqqallara və yaxud saqqallı şəxslərə qarşı qorxu hissidir. Bu fobiyalı şəxslər uşaqlıq illərində saqqallı şəxslərlə bağlı pis bir hadisə ilə qarşılaşmış ola bilər.

Gametofobiya – evlilik qorxusudur.

Filemafobi – öpməkdən yaxud öpülməkdən qorxma hissidir.

Ablütofobiya – əsasən, uşaqlarda yaranan yuyunma qorxusudur.

Pediofobiya – pediofobiyalı şəxslər oyuncaqlardan və robotlardan qorxurlar.

Klostrofobiya – bu şəxslər qapalı məkanlardan qorxurlar.

Haptofobiya – haptofobiyalı şəxslər toxunma hissindən qorxurlar. Toxunmaq bu şəxslərdə yanma hissinə səbəb olur.

Cherofobiya – şəxsin xoşbəxtlikdən qorxmasıdır.

Tripofobiya – deşikli cisimlərə qarşı yaranan qorxudur.

Koumpounofobiya – bu fobiyalı şəxslər geyimlərində olan düymələrdən qorxurlar.

Apifobiya – apifobiyalı şəxslər arılardan qorxurlar.

Assimetrifobiya – simmetrik olmayan əşyalara qarşı yaranan qorxudur.

Atelofobiya – şəxsin qüsursuz ola bilməmək qorxusudur.

Paraskavedekatriafobiya – bu şəxslər ayın 13-nün cümə gününə təsadüf etməsindən qorxurlar.

Takofobiya – takofobiyalı şəxslər yüksək sürətdən qorxurlar.

Tripanofobiya – bu şəxslər peyvənddən qorxurlar.

Tafefobiya – məzarlardan qorxma, diri-diri basdırılma qorxusudur.

Texnofobiya – insanın müasir texnologiyalardan qorxmasıdır.

Məşhurlar nədən qorxur?

Fobiya nədir? Fobiya müalicəsi, qorxu, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi, məşhurların fobiyası, Murat Boz, Maykl Cekson, Eminem, Ziynet Sali, Beren Saat, Brad Pitt, Adele, Johnny Depp, Rihanna, Demet Akalın, Hande Ataizi, Madonna, Teoman

Murat Boz

Gənc qızların sevimlisi olan Boz harda alma görürsə, yeməyə başlayır. Gördüyü almanı yeməsə, hətta gözündən yaş da gələ bilər.

Maykl Cekson

Dünya şöhrətli ulduz mikroblardan qorxduğu üçün ağzında maskayla gəzərdi.

Eminem

Bayquşlardan qorxan Eminem gecə göy üzünə baxa bilmir. Gecə bayquşla qarşılaşmaqdan qorxan məşhurun bayquş şəkilləri görməyə də gözü yoxdur.

Ziynet Sali

Məşhur Türk müğənnisi Ziynet Sali isə zəlzələdən qorxur.

Beren Saat

“Aşkı-memnu” serialında Bihter obrazıyla məşhurlaşan Beren Saat təcavüzə uğramaqdan çox qorxur.

Bred Pitt

Heyvanlardan qorxan Bred Pitt ən çox hörümçəklərdən qorxur.

Adel

Sevilən müğənni Adel qağayılardan qorxur. Buna səbəb onun 9 yaşında ikən bir qağayının hücumuna məruz qalmasıdır.

Conni Depp

Klounlardan və oyuncaqlardan qorxur.

Rihanna

“Dənizdə atamı belə görsəm, qaçaram.” deyən Rihanna balıqlardan dəhşət qorxur.

Demet Akalın

Türkiyənin sevilən müğənnisi Demet Akalın bəd-nəzərdən çox qorxur. O, hər konsert öncəsi göz muncuğunu yanında daşıyır.

Hande Ataizi

Hande Ataizi’nin ən çox qorxduğu şey avtomobil qəzasında ölməkdir.

Madonna

Məşhur pop müğənnisi Madonna ildırım çaxmasından dəli kimi qorxur.

Teoman

Ölüm qorxusuyla yaşayan Teomanı bu haqda düşünmək belə qorxudur.

 

Mübariz ZƏKİ