Bu hadisə 1900-cu ildə Şotlandiyada baş verdi. “Archtor” gəmisi Eilean Moor adasınada yerləşən mayaka və gözətçilərinə baş çəkmək, mayakdakı vəziyyətdən xəbərdar olmaq üçün gəldi. Gəminin kapitanı böyük sirrlə qarşılaşdı. Mayaka nəzarət edən 3 gözətçi arxalarında heç bir iz qoymadan qeyb olmuşdu.

Araşdırmalar zamanı məlum oldu ki, mayakın yaxınlığında tonlarca kilo ağırlığında qaya parçaları da yoxdur.

Gözətçilərin böyük bir dalğaya qurban getdiyi fikirləşildi.

Lakin iş burasındadır ki, mayakın içi quru, pəncərələri isə heç bir şey olmamış kimi yerindədi. Daha bir qəribəlik də həmişə işlək vəziyyətdə tutulan saat gözətçilər qeyb olduğu vaxt durmuşdu.

Mayakın yerləşdiyi Eilean Moor adasının da özünəməxsus, qəribə xüsusiyyətləri vardı. Bu adanın daimi sakinləri həmişə qoyunlar olmuşlar. Çobanlar buranın normal olmadığını qeyri-adi hadisələr baş verdiyini hiss edirdilər. Ona görə bu adanı “Başqa ölkə” adlandırırlar.

Bu adaya ziyarət edənlərdə də böyük qorxu oyanır. Həyatında dua etməmiş insanlar buraya ziyarətdən sonra özləri belə biləndən ibadətə yönəlirdi. Eilean Moorun qəribə bir aurası vardı.

Hələ də bu qəribə hadisənin sirri və gözətçilərə nə olduğu haqqında heç bir məlumat yoxdur.

Aytac Ələkbər