Tiktok 2016 – cı  ildə fəaliyyətə başlayıb. Çox tez  bir zamanda böyük auditoriya qaznıb. Statistikalar göstərir ki , 2018- ci ildə  250 milyon istifadəçisi  vardısa, bu gün bu əqəm 1milyardı keçib.Çin Xalq Respublikası tərəfindən yaradılan ən böyük  sosial media  platformasıdır. 75 dildə  istifadə olunur . Tiktok  dünyanın ən böyük startapı olan olan 75 milyard dollarlıq “ByteDance” a aiddir. Ən çox istifadəçi sayı Amerika, Türkiyə və Hindistandadır.

tiktokla bağlı fərman

Tiktok Sosial Şəbəkəsi

Nə Qədər Qazanır ?

Hələ  2018- ci ildə “Softbank Group”dan 3 milyard dollar investisiya alan ByteDance  ümumilikdə  qazandığı pulu  75 milyard dolları keçdi. Bununla da   dünyanın  “ən dəyərli startapı”  adını  aldı.

İstifadə qaydaları  necədir?

Tiktokdan 12 yaşdan yuxarı  insanlar istifadə edə bilər. Bu sosial  media platformasında insanlar 15 saniyəlik videolar çəkir , eyni zamanda müxtəlif effektlərdən istifadə edərək daha maraqlı videolar yaratmağa çalışırlar.

tiktokt

Gənclərin Ən Çox İstifadə Etdikləri Sosial Şəbəkə

Tiktokun yaratdığı təhlükə.

İstifadəçi sayının  çox  olmasına baxmayaraq tiktokda gənclər yeni nəsil üçün heç  də örnək olan davranışlar sərgiləmirlər. Videolarda izləyicilərin həyatına təsir edə bilən təhlükəli hərəkətlər, təhqir və jarqon ifadələrinə rast gəlmək  mümkündür. Hətta, silahdan istifadə edərək  video çəkən gəncin səhvən açılan atəşdən ölməsi , video çəkmək istəyərkən qatarın altında qalan oğlanın faciəvi  sonu kimi hadisələr buna sübutdur. Bu platformadan 70 yaşlı insanlar belə  istifadə  edir , 12 yaşdan kiçik uşaqlara istifadə qadağası olsa da bu qaydaya riayət edən yoxdur.

Donald Trampın qəzəbinə  tuş  gələn startap.

Donald Trupm

Tiktoka qadağa qoyan ölkələr də var.

İndoneziya pornoqrafiya və  heç bir məzmun daşımayan videoların paylaşılmasını qadağan etdi. Eynilə, Fransız polisi, valideynlərinə övladlarının TikTokda “uyğun olmayan cinsi təkliflər hədəfə alına biləcəyi” barədə xəbərdarlıq etdi. ABŞ prezidenti Donald Trump da ölkəsində tiktoka qadağa qoyacağını  bilirmişdi. Bununla  bağlı  fərman imzalayan  Trump tiktokun   potensial olaraq Çinə federal işçilərin və müqavilə işçilərinin yerini izləməyə, şantaj üçün şəxsi məlumatların saxlanılmasına və sənaye kəşfiyyatı aparmağa imkan verdiyini bildirib.

Tiktok Azərbaycanda !

Başqa  ölkələrdə olduğu  kimi Azərbaycanda  tiktok istifadəçilərinin sayı çoxdur. Hətta  bu  sosial platformada videolar çəkərək instagram platformasında özünə izləyici toplayanların sayı da az deyil. Təbii ki , Azərbaycanda  da bu  platformadan istifadə  edənlərin paylaşımları heç  də ürəkaçan deyil.Buna misal olaraq  iyul ayında tiktokda müxtəlif profillər açaraq narkotik vasitələrin qəbulunu təbliğ  edən gəncləri  misal  göstərə bilərik. Bu məqamda valideynlərin övladlarının istifadə  etdikləri sosial şəbəkələrə nəzarət etmələri mütləqdir .Tiktoku özünə  gəlir mənbəyi və əyləncə məkanı seçən gənclər isə paylaşımlarında  daha da diqqətli olsunlar.

 

 

Gülər Seymurqızı