Keçmişdə baş verənlərin izini , eyni duyğuları yenidən tanıya bilirik. Bu, hafizə adlandırılan mürəkkəb psixi fəaliyyətdir . Hafizə müxtəlif yollarla əldə etdiyimiz bilgiləri ağlımızda tuta bilməkdir. Hafizə bütün canlılarda var. Hafizə mərkəzinin harada yerləşməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi alimlərin fikrincə, hafizə beyinin özüdür. Bunu beyin toxumalarının zədələnməsi ilə hafizədə yaranan pozğunluqla əlaqələndirirlər.
Hafizənin yaddasaxlama, yadasalma, tanıma və unutma prosesləri var.
Yaddasaxlama hafizəmizə hifz olunan hadisələrdir. Bəzən insanlar məntiqi yaddasaxlama (biz qavradığımız məlumatı öz sözlərimizlə ifadə edirik ) prosesində iştirak edirlər. Bəzən də mexaniki yaddasaxlama ( mənaya əhəmiyyət vermədən) prosesində iştirak edirlər . Psixoloqların araşdırmalarına görə, insan güclü emosiya doğurmayan hadisələri hifz edə bilmir. Lakin diqqət nə qədər güclü olarsa, hadisələr o qədər güclü şəkildə hifz oluna bilər .

Yadasalma duyub qavradığımız hadisələrin hafizəmizdə yenidən canlanmasıdır . Tamamlanmış hərəkətlər mənfi emosiyalar yaratdığına görə müsbət emosiyalara nisbətən daha güclü olur. Bunun nəticəsidir ki , insan həyatda qarşılaşdığı əzab , həyəcan , xəstəlik, bədbəxt hadisələri , uğursuz sevgini daha aydın şəkildə yada sala bilir.

Hafizə nədir

Hafizə

Tanıma qavradığmız hər hansı bir obyekti yenidən qavrama zamanı yada salmadır. Əgər, tanıma olmasaydı, hər dəfə gördüyümüz bir cismi yeni cisim kimi qavrayardıq.

Unutma – hafizə ilə bağlı çətinliklər yadasalmadan daha çox xatırlama ilə bağlıdır. Oxumuşdum , hardasa eşitmişdim , nə vaxtsa görmüşdüm deyərək, biz artıq hafizəmizdə olan informasiyanın dəqiqliyini və aydınlığını itirdiyimizin fərqinə varırıq. Psixoloqlar müəyyən ediblər ki , öyrənilən materialin 40 % – i yarım saatdan sonra, 66 %- i bir gündən sonra , 75 % – i üç gündən sonra , 79 % – i isə bir aydan sonra unudulur. Təbii ki , burada informasiyanın əhəmiyyətliliyi də mühüm rol oynayır. Unutqanlığa əsəb sisteminin pozulması, daimi fəaliyyət, problemlər, yorğunluq , diqqətli olmamaq kimi proseslər səbəb ola bilər.

Hafizə

Unutma

Güclü hafizəyə necə sahib olmaq olar?

Axtardığımız hər hansı əşyanı tapa bilmiriksə , hər hansı bir hadisədən sonra məlumatlar umudulursa , keçmişə dair hadisələri xatırlaya bilmiriksə, artıq bu hafizə pozuntularına işarədir.
Əgər , güclü bir hafizəyə malik olmaq istəyirsinizsə :
⦁ Öncəliklə sağlamığınıza diqqətlə yanaşın.
⦁ Zehninizi daim aktiv saxlayın.
⦁ Yeni şeylər öyrənməkdən heç vaxt qaçmayın.
⦁ Hobbilərinizi həyəcanlı və maraqlı hala gətirin , yeni şeirlər əzbərləyin , kitab oxumağa çox vaxt ayırın.
⦁ Yuxu saatlarınızı qaydaya salın.
⦁ Stressinizi özünüz idarə edin.
⦁ Televizor qarşısında çox vaxt keçirməkdən çəkinin.
⦁ Həyata bağlı qalın, insanlarla daha sıx ünsiyyətdə olun.

Gülər Seymurqızı