Bu dövr körpəlikdən uşaqlığa keçmə dövrüdür. 16-42 ay arasında rast gəlinən bu sindrom valideynlər üçün olduqca çətindir. Bu dövrdə uşaqlar yeriməyə, danışmağa, ətraf mühiti kəşf etməyə başlayır, sərbəst yaşamağa uyğunlaşırlar. Özünü ifadə etməyə, maraqlı enerjili hər şeyi kəşf etməyə başlayır, inadlaşma, tərslik, istəklərini zorla qəbul etdirməyə çalışırlar. Ən böyük problem isə yemək olur. Yemək istəmirlər. Bu uşaqlarda tüpürmək, yeməyi ağızda tutmaq, oyuncaqları qırmaq, yerə atmaq, ana-atanı vurmaq istəmək, ətrafı dağıtmaq, özünü döymək və s. kimi xüsusiyyətlər nəzərə çarpır.

Bəs belə uşaqlarla necə davranmaq lazımdır?

1. Əvvəlcə hadisələri normal şəkildə, səbrlə qarşılamaq gərəkir

2. Çox ağır cəza və qayda-qanunlardan qaçmaq lazımdır

3. Uşaqla inadlaşmamaq

4. Bir şeyi almaq, yaxud etmək istədikdə rahat olsun deyə “hə olar, et” deməyin. Sakitcə gözləyin. Belə hərəkətləri bitdikdə qayğı göstərin, başa düşəcəyi dildə izah edin. Ağlayaraq və yaxud istəyərək əldə etməsinə icazə verməyin.

5. Uşağa şiddətli şəkildə qışqırmaq və ya şiddət göstərmək olmaz

6. Ayaqyolu dərsi: Uşaq özünü hazır hiss etdikdə başlaya bilərsiniz. Əgər hazır deyildirsə, inadlaşmayın.

7. 2-3 yaş arası uşaqların “Bu nədir?”, “Niyə?” kimi sualları çox olur. Gərək səbrlə, diqqətlə cavablandırasınız. Şimşəkdən və bu kimi hadisələrdən qorxa bilər. Ona görə izah etməlisiniz ki, qorxmasın.

8. İtlərdən, ilanlardan, qaranlıqdan qorxarlar. Qorxularına hörmət edib “Qorxacaq heçnə yoxdur” demək əvəzinə “Mən sənin yanındayam” deyin.

9. “Yıxılarsan birşey olar, olmaz!”, “Xəstələnərsən!” kimi cümlələrlə uşaqları qorxutmayın. Bu kimi hallar özgüvən əskikliyinə və cəsarətsizliyə aparıb çıxara bilər.

10. “Xeyr, olmaz!” kimi cümlələri olduqca azaldın. Bunun əvəzinə alternativ formada deməyə cəhd göstərin. Məsələn, “Çöl soyuqdur, olmaz! Xəstələnərsən” yerinə “Çöl soyuqdur. Orada oynaya bilməsək də evdə oyuncaqlarla bərabər oynaya bilərik” deyə bilərsiniz.

Psixoloq Xanım Bəşirli